Günəşdə Üşüyənlər (ft. Coco) by Ali Khayyam
Günəşdə Üşüyənlər (ft. Coco) by Ali Khayyam

Günəşdə Üşüyənlər (ft. Coco)

Ali Khayyam * Track #1 On Xamuş

Download "Günəşdə Üşüyənlər (ft. Coco)"

Günəşdə Üşüyənlər (ft. Coco) by Ali Khayyam

Release Date
Wed Sep 05 2012
Performed by
Ali Khayyam

Günəşdə Üşüyənlər (ft. Coco) Annotated

Ali Khayyam:

Sənə dənizdən bir az mavi rəng gətirmişəm.
Boya otağımızı.
Əlimdə orxideyalar, mən gəlmişəm.
Ağrı. Çox ağrı, bu ağrı.
Səni sevməyi öyrənirəm.
Ağrı. Çox ağrı.
Səni sevməyə öyrəşirəm mən.

Gecələr, yarımçıq yuxular,
Sən və sənsiz şeirlərimin göz yaşlarını,
Kağızlar qurular.
Boğ ümidlərimi sənsizliyimlə sarsılan boz küçələrdə.
İşgəncələr, zindanlar, gedişin, susuşun,
İzlər gözlərdə.
Və bir sevgiliydin,
İndi şəkil olmusan divarlarda,
Tanımadığım evlərdə.
Və bir sevgiliydin,
İndi xatirə olmusan,
Cızma-qara, qəmgin şeirlərdə.
Gecələr.
Səni sevməyə öyrəşirəm mən.

Coco:

Günlər ötür, illər keçir,
Hamısı mənə unut onu deyir,
Axı necə unuda bilərəm mən özümü?!
Axı necə silim bir hərəkətə ömrümü?!
İnsanlar səddi aramızda,
Hamısı da qəribədi, mələk donunda.
Elə bu mahnının da sonunda,
Sən öz yoluna, mən öz yoluma.
İndi isə əlini ver, bir az rəqs edək,
Unudaq keçmişi, kədər də keçici.
Yum gözlərini,
Sadəcə rəqs elə,
Həyatın bəhsinə, sən sevin əksinə.
Bəlkə qismətimə yazılmış bu son rəqs,
İsti bir baxışla, məni bağışla.
Xatırlayım səni, unutsam da sənsiz illəri.

Ali Khayyam:

Yalançı yuxularımda yanağımdan öpməyin kimi.
Dizini qucaqlayıb, ürəkdən ağlamağın kimi.
Son görüşdə üşüyüb, titrəyən əllərin kimi.
Səhərlərə qədər qucaqlaşıb, şeir oxumağımız kimi.
Getmədiyimiz şəhərləri silirəm xəritəmdən.
Sənin kölgən, mənim ölkəm.
Addımlarımla çəkirəm yeni dünyamı, mən səndənəm.
Aylar oldu şeir yazmayalı, ruhum küskün.
Sevgin məni elə möhkəm silkələdi ki, bütün maskalarım düşdü.
Yaralarım sağalacaq.
Silib göz yaşlarımı, yenə qayıdacam yanına,
Yenə qayıdacam yanına.

İndisə əlini ver.

Bitir çaxırını bir az rəqs edək. (əlini ver)
Deyirlər ki, xoşbəxtlik bir gün gedəcək.

Yum gözlərini.

Bitir çaxırını bir az rəqs edək,
Sus, ağlama, hey, bu da keçəcək.
Yenə qayıdacam yanına.

Yazılmış bu son rəqs,
İsti bir baxışla, məni bağışla.

Bitir çaxırını bir az rəqs edək.
Əllərin hardadır?
Niyə üşüyürəm şaxtasında həsrətinin?!
Bir neçə intihar səndən sonra və bir ölüm.
Belə yaşamaqdansa.
Cəmiyyətdən qovulub gözlərim,
İçimdə yaşayır Grеgor Samsa.
Bu nədir, sevgilim, bu nədir?!
Üşümək günəşin içində, yanmaq kimi.
Bu günəş nədi, bu dünya nədi?!
Tanrımı?!
Eh, Coco, inandır məni...

Günəşdə Üşüyənlər (ft. Coco) Q&A

When did Ali Khayyam release Günəşdə Üşüyənlər (ft. Coco)?

Ali Khayyam released Günəşdə Üşüyənlər (ft. Coco) on Wed Sep 05 2012.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com