[Bənd 1]
Ay, baba, gödək baba
Meyxanaya gedək, baba
Ay, baba, gödək baba
Meyxanaya gedək, baba
Mən bir köhnə dərvişəm
Cəhənnəmdən gəlmişəm
Mən bir köhnə dərvişəm
Cəhənnəmdən gəlmişəm
Doğru sözə həmişə
Rişxənd edib, gülmüşəm
Doğru sözə həmişə
Rişxənd edib, gülmüşəm
[Nəqərat]
Səni yad eyləyirik rəhmət ilə, Mirzə dayı
Çəkilir daim adın rəğbət ilə, Mirzə dayı

[Bənd 2]
Bizim bu Mirzə dayı alicənab insan idi
O da fani dünyaya fani gələn mehman idi
Ölməsə idi bu gün hərgah yaşı doxsan idi
Məcburuq ki, barışaq qismət ilə, Mirzə dayı
Səni yad eyləyirik rəhmət ilə, Mirzə dayı
Çəkilir daim adın rəğbət ilə, Mirzə dayı
Gözəl ifa etmişdi o zaman “zəfəran”ı
Neçə müddət gəzib həsrətlə dolaşdı limanı
Liman da təkdi sənintək, sənə idi gümanı
Qalıb indi o liman həsrətlə, Mirzə dayı
Səni yad eyləyirik rəhmət ilə, Mirzə dayı
Çəkilir daim adın rəğbət ilə, Mirzə dayı
Sənin ifan nə qədər filmimizə verdi bəzək
“Ya Məleyxa” deməklə Parisi sökdü mələk
İz salıb yaddaşına xalqın o vaxtdan kəpənək
Oxuyardın onu çox ləzzətlə, Mirzə dayı
Səni yad eyləyirik rəhmət ilə, Mirzə dayı
Çəkilir daim adın rəğbət ilə, Mirzə dayı
Çoxuna örnək olub Mirzə Babayev soyadı
Var idi müğənnilik, aktyorluq istedadı
Əliağa Ağayevin yaratdığı “Məşədi İbad”ı
Oxuyub xüsusi dəsti-xətt ilə Mirzə dayı
Səni yad eyləyirik rəhmət ilə, Mirzə dayı
Çəkilir daim adın rəğbət ilə, Mirzə dayı
Gözəl ifa elədin xeyli şairin şeirin
Məsələn, Mirzə Ələkbər Sabirin “Tək Səbir”in
Neçə tədbirlər olur ki, görünür orda yerin
Xatirən yad olunur hörmətlə, Mirzə dayı
Səni yad eyləyirik rəhmət ilə, Mirzə dayı
Çəkilir daim adın rəğbət ilə, Mirzə dayı
Qədrini bildi sənin qədir bilər millətimiz
O gözəl sənətinə daim olub hörmətimiz
Layiq idin, o səbəbdəndi bizim dövlətimiz
Səni təltif elədi “Şöhrət” ilə, Mirzə Dayı
Səni yad eyləyirik rəhmət ilə, Mirzə dayı
Çəkilir daim adın rəğbət ilə, Mirzə dayı
İnanmaq olmur “əlvida” demisən ruzigara
Sənətkar ölmür, ölüm hara? Mirzə dayı hara?
Haqqında meyxana söyləmək fəxrdir Vüqara
Anılırsan bu qədir, qiymət ilə, Mirzə dayı
Səni yad eyləyirik rəhmət ilə, Mirzə dayı
Çəkilir daim adın rəğbət ilə, Mirzə dayı
Səni yad eyləyirik rəhmət ilə, Mirzə dayı
Çəkilir daim adın rəğbət ilə, Mirzə dayı
Mirzə Dayı was written by Vüqar Əbdülov.
Vüqar Əbdülov released Mirzə Dayı on Tue Jun 08 2021.