[Bənd 1]
Ey, Bakının tazənöv cavanları
Bağın, şəhərin əvvəlki dövranları
Biz yığışan köhnə tin, dalanları
Tikdiyimiz mərtəbə, eyvanları
Niyə dağıdıb, qıra-qıra qalmısız siz?
Niyə dağıdıb, qıra-qıra qalmısız siz?
[Nəqərat]
Tikib, qurmaq gəlməyir əlinizdən
Ancaq plan qura-qura qalmısız siz
Ancaq plan qura-qura qalmısız siz
[Bənd 2]
Ey, bizim Bakının köhnə kişiləri
Zəmanənin bu cürdür vərdişləri
Siz bilməzsiniz müasir işləri
Yaşlıların elə bu vərdişləri
Köhnədən dən vura-vura qalmısız siz
Köhnədən dən vura-vura qalmısız siz
[Nəqərat]
Cavanların işini bəyənmirsiz
Belə görünür, axıra qalmısız siz
Belə görünür, axıra qalmısız siz
[Bənd 3]
Yaşlı nəsil başa sala bilmir sizi
Siz seçə bilmirsiz əyridən düzü
Heç adamın deməyi də gəlmir üzü
Gündə salıb yanınıza bir cüt qızı
Tin, dalanda dura-dura qalmısız siz
Tin, dalanda dura-dura qalmısız siz
[Nəqərat]
Geyiminiz də gödəkləşibdir sanki
Əyninizi cıra-cıra qalmısız siz
Əyninizi cıra-cıra qalmısız siz
[Bənd 4]
Nə olsun ki, indi yaşa dolmusuz?
Bir vaxt olub siz də cavan olmusuz
Biz çalan zurnanı, siz də çalmısız
Diş tökülüb, çarəsizmi qalmısız?
Hey baxaraq ora-bura qalmısız siz
Hey baxaraq ora-bura qalmısız siz
[Nəqərat]
İndi baxan yoxdu, yəqin, üzünüzə
Boynunuzu bura-bura qalmısız siz
Boynunuzu bura-bura qalmısız siz
[Bənd 5]
Hər sözə o saat tapırsız cavab
Siz düşünən kimi deyil haqq-hesab
Bilmirsiz nədir günah, nədir savab
Oxumamısız ömrünüzdə bir kitab
Dəyməmisiz, hələ qora qalmısız siz
Dəyməmisiz, hələ qora qalmısız siz
[Nəqərat]
Oxumamışdan alim olub, çıxmısız
Nazir olub hazıra qalmısız siz
Nazir olub hazıra qalmısız siz
[Bənd 6]
İndi kosmos, indi raket dövrüdür
Kompüter, internet dövrüdür
Siz deyənsə, köhnə sovet dövrüdür
Lap mezozoy, lap neolit dövrüdür
O dövrandan ara-sıra qalmısız siz
O dövrandan ara-sıra qalmısız siz
[Nəqərat]
Sizin yaşda meşədə ağac qalmayıb
Üç-dörd nəfər gücə-zora qalmısız siz
Üç-dörd nəfər gücə-zora qalmısız siz
[Bənd 7]
Bəyənmirsiz nə üzlə keçmiş çağı?
Ərzağınızdan pis idi ərzağı
Var canımızda Nikolayın yağı
Siz tapa bilmirsiz adi cızdağı
Yemək yoxdu, şitə-şora qalmısız siz
Yemək yoxdu, şitə-şora qalmısız siz
[Nəqərat]
Ac toyuqtək yuxuda darı görürsüz
Barmağınızı sovura-sovura qalmısız siz
Barmağınızı sovura-sovura qalmısız siz
[Bənd 8]
Bizə bu olan əksi qədər də xoşdur
Mədəmizi salqsaq da dərdə, xoşdur
Qamburger də xoşdu, dönər də xoşdu
Havada olan tüstü, zəhər də xoşdu
Bu tüstünü yara-yara qalmısız siz
Bu tüstünü yara-yara qalmısız siz
[Nəqərat]
Biz bu yeməyə, bu havaya öyrəşmişik
Nə özünüzü yora-yora qalmısız siz?
Nə özünüzü yora-yora qalmısız siz?
Biz bu yeməyə, bu havaya öyrəşmişik
Nə özünüzü yora-yora qalmısız siz?
Nə özünüzü yora-yora qalmısız siz?
Biz bu yeməyə, bu havaya öyrəşmişik
Nə özünüzü yora-yora qalmısız siz?
Nə özünüzü yora-yora qalmısız siz?
Kişilər was written by Vüqar Əbdülov.
Vüqar Əbdülov released Kişilər on Thu May 10 2018.