Zəncirbəndi xalq bayatısına bənzər nəqarət və repdən ibarətdir. Burada QQ sözə və həqiqətə ac olan dinləyicilərə müarciət edərək bildirir ki, gözləriniz bağlı olduğundan sizə həqiqəti söyləsəm də anlamayacaqsız. Əvvəlcə gözləriniz açılmalıdır. Bu həm də Birinci Dərəcəyə işarədir belə ki, Canavarçada...
[Nəqarət]
Zəncirbəndi tac gəlin
Sözə ruhu ac gəlin
[Bənd: Qaraqan]
Mən getmişdim, dediniz gəlim
Düşüm o quyuya — isti və dərin
“Yanıram! Yanıram!” qışqıracam
Amma çəkməsin kəndiri geriyə əlin
Şüşəli körpülər, tüstülü güzgülər
Tilsimi qıracaq cadunu, düyünü
Gətirirəm evə bayramı
Nəsiminin dərisi mənim bayrağım
Edamı düyünüm
Meydanı bürüyür
Büyümün qalacaq altında
Qarnının üstündə ilanı sürünür
Haçadı dili
De nə üçün birinci yalanı
İkinci yalana bürüyə
Gözünə sarğını aslanın asaraq
Çevirir qoyuna
Bilməyənləri ki, söz silahdı
Sizi iftar edəcək Babil toruna
Çıxanı gorundan göz görsə də
Yenə inkar edəcək
Bu dəfə geriyə saydı yoxdu
Siz dedikcə “yox”
Mən israr edəcəm!
[Nəqarət]
Zəncirbəndi tac gəlin
Sözə ruhu ac gəlin
Haqqa nahaq yar olmaz
Gözlərini aç gəlim
[Bənd: Qaraqan]
Gözlərini aç, gəlim
Məclisi-Ruha ac gəlin
Yalanın qumdan saraylarını
Xəzrim edər tarac
Gəlin
Bəri bax barı
Barı bax bəri
Pəncərələrinə daş gəlir
Yandırdısa meydanı gəlişim
Bil ki, məclisə aş gəlir
Hamı içinə qapanıb
Bağlayıb qapını hərə bir tərəfə səpələnib
Bizə ərgən deyənlər
Qocalıb xalalanıb, əmilənib
Arzuları yarı qalıb — ona görə qoz belləri qarı
Bəyənmir, deyir əvvəlki kimi deyil
Hətta yağanda bəmbəyaz qarı
Biz seçirik düzü
Nə qədər batmır gəmimiz üzür
Siz şit yağı, şəkəri səhnənin olun
Biz olarıq acısı duzu (Hey!)
Düz söz deyil quzu (Hey!)
Həzm edə bilməyən qusur (Hey!)
Amma əridər atəşi həqiqətin
İçində qarı və buzu
Sizə gəlmədik göstərək
Necə iti dişimiz var
Fame üçün deyil
Bil 2007-dən
Yarımçıq işimiz qalıb
Yey!
Biz dolduraq qaşığa, ye
Olmayacaq halva aşura “nay”
İntibah deyil “customer support”
Oturub edəsən “complain”
Come babe
Sən də gəl bizə
Ən böyük hater
Sən də gəl bizə
Sözümüz yox sizin
Zənci bəndinizə
Amma gəlin açaq bu
Zəncirbəndimizi
Nə qədər yandıraq kəndi kəndimizi?
Cavad, Talış, Şirvan, Dərbəndimizi
Yumruğa dönmürük
Xanlıqlar dövrü
Deyin heç nə öyrətmədimi bizə?
Hələ biz heç girmədik starta
Səhifə birdəsiz iri kitafda
Necə dəlidi yeni tərzi Dərzinin
Sizlər üçün "Singer"-in saplar
Sеvin ki, çönmüyüb beyin
“Добрый”-dı bugün Sensey
Hamını “rеst in peace” eləyə bilər
Amma “rest in fame”
Bizə lazım hamı!
Toplarıq ölkənin ən parlaq gənclərin
Pis vərdişlər və xarici təsirdən
İçləri təmizlərik
Bizə lazım hərkəs yaradıcı
Kimin çiyni möhkəm aparıcı
Kim bizi yüksəklərə aparacaq
Düşmənləri qapar acı
Bütün qapılar açıq baxın üzümə
Onların gözləri işıq saçır, Başımın tacı
Çatdıra bilmir sözlər
Onlara olan bu sevginin içimdə dərəcəsin
Bizim bu isti qızdıracaq
Qaldıracaq bütün Bakının dərəcəsin
[Nəqarət: Qaraqan]
Zəncirbəndi tac gəlin
Sözə ruhu ac gəlin
Haqqa nahaq yar olmaz
Gözlərini aç gəlim
[Nəqarət]
Zəncirbəndi tac gəlin
Sözə ruhu ac gəlin
Haqqa nahaq yar olmaz
Gözlərini aç gəlim
Zəncirbəndi tac gəlin
Sözə ruhu ac gəlin
Haqqa nahaq yar olmaz
Gözlərini aç gəlim
Zəncirbəndi was written by Qaraqan.
Zəncirbəndi was produced by Qaraqan.
Qaraqan released Zəncirbəndi on Tue Feb 13 2024.