Səhər 11 yuxudan ayıldım qaldım yerimdə baxdım babat dumandı başım
Gecə nolub? neynəmişəmki ?
Bilirəm amma qəribə sualdı bu
Belimdə izləri təpiy salıb
Köynəyimdə tərdən iy qalıb
O gün 10 dənə mahnı satdım axı
Bəs niyə indi cibimdə 10 qəpiy qalıb ?
Nəisə durdum hamamda çimdim
Paltarı geyindim ağrıdan inliyib
Aşağıya düşdüm maşınıma mindim
Maşınım da var imiş indi bildim
Sağ tərəfdə kəsilən baş var
Arxada qolu bağlı bir qaqaş var
Mən də şok olmuşam təlaşnan
Yadıma nəisə düşdü yavaşdan
Deyəsən dünən oteldəymişəm musiqi bəstəliyirdim tonnan
Pulları səpələmişəm boş yerə, tez zənglərə baxdım telefondan
Son 5 zəng sevgilimdəndi, qalan 150si Rihannadan
İnstada mənə xəbər səhifələri də ki mesaj yazır dayanmadan
Şadlıq saraylarının önündə bozbaş manısların başsız bədəni
Polislər elan veriblər, axtarırlar, olar bunu edən gədəni heçnə olmamış kimi girirəm siqaretimi nisyə alıram mədəni
Qədəmimdə dəniz və dəmir əlimdə, leşləri atıram, nə bilim nədənin yandırıram maşınımı mazdanı
Ağlımıda itirirəm az qalıb
Yola çıxdım, taksini saxladım
Taksi sürücüsü polisdi maskalı
Mənə dedi bəs əfv olunmusan təmizlədiyin üçün ölkədən bunları
Sən öldürməsən bölgədən qovardığ dedi və qalxdı döngədən yuxarı
Vinerlər düzülüb prodüserləri yanında balaca modellər polis düşdü silahı verdi mənə dedi bəs bunları da bir yad elə
Milyonlar axır damağlarınnan , sizə görə rep qalıb ayağyalın bax
Dedim və keçdim qabağlarınnan, bir-bir vurdum ayağlarınnan
Məni çağırdı nazir əmi
Dediki biraz fasilə ver
Dedim axı az eləmişəm
Axırki razı elədim onu
Dolur gözlərim, amma sevinc ilə qovur onları, bilmirəm bu necə olur
Yuxudayan sən demə yuxudayam
Yuxudayam sən demə yuxudayam
Yuxuda yuxuda yuxudayam
Sən demə yuxudayam
Yuxudayam was written by RZZA.
Yuxudayam was produced by Aksil Beats.