Yazmır H.O.S.T (11 Mart Versiyası) by PRoMete
Yazmır H.O.S.T (11 Mart Versiyası) by PRoMete

Yazmır H.O.S.T (11 Mart Versiyası)

PRoMete

Download "Yazmır H.O.S.T (11 Mart Versiyası)"

Yazmır H.O.S.T (11 Mart Versiyası) by PRoMete

Release Date
Tue May 02 2023
Performed by
PRoMete

Yazmır H.O.S.T (11 Mart Versiyası) Lyrics

[Giriş]
Getdik!

[Nəqərat]
Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost?
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik - toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost?
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik - toz
Deyirlər, yazmır H.O.S.T...
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

[Bənd 1]
Yazırıq sözümüz bol, gedirik izimiz yol
Qulağında səsimiz (voo), səmimiyyət sayılmır rol
Biz deməyinə deyək, hanı bəs əməllər bro?
İstənilməz şeylər olur, label-a dönüb Pro

Səsim gəlir mənim 07 markalardan
Amma ki, bu sözlərə görə yox, beat'lərə görədir, məncə
Deməli, bu millətin beynindədir problem
Biz isə axtarırdıq problem başqa yerdə

Şəhərin altı, üstü tüstü yanıq cavanlarla
Baxırsan, elə bil ki, ac-yalavac canavardırlar
Başları da bir-birindən boş (dum, dum, dum)
Bunları almaq olar bir-iki dini qonorarla

Açıram zibilləri, birinci iy məni vurur
Yazıram sətirləri, üstələyir milli qürur
Ona görə sevgidən bol-bol yazıram axır vaxtlar
Deməsinlər başqa yerdə, sənin də millətin budur

[Nəqərat]
Deyirlər, yazmır H.O.S.T....
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik - toz
Deyirlər, yazmır H.O.S.T...
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

Deyirlər, yazmır H.O.S.T....
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik - toz
Deyirlər, yazmır H.O.S.T...
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

[Bənd 2]
Əlimdə qələm, elə bil SSRİ-in orağıdır
Sağa-sola hərəkət etdikcə, biçir, tökür yerlə bir
Çaqqaların ulaşması, qurdların uyumağıdır
Daha dərin baxaq, görək məsələ nə yerdədir?!

Üsyankar gəncliyimiz içkinin ağuşunda
Mentalitet əksinə olmaq demək deyil şərəfsizlik
Mən enirəm sizin zirvələrin yoxuşundan
Məncə, yoxdur burada səmimilik, qərəzsizlik

TV-lər çalır layla, xorultudan qulaq batır
Dona bürünür olaylar, cavanlarsa çolaq qatır
Dünyanı dəyişmək istəyən beş-altı nəfər varsa
Onlar da indi futbola baxır, çünki hesab atıb

Qarabağ da bizimdir, dost, inan ki, Zəngəzur da
Sarı gəlin, ərəbin muğamı və qara zurna
Əlindən pultu buraxma, kanallarını çevir
Əziyyət çəkmə, seriala bax, yerindən də durma

[Nəqərat]
Dеyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost?
Deyirlər, yazmır H.O.S.T - axı biz kimik - toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

Deyirlər, yazmır H.O.S.T - axı mən nə yazım dost?
Dеyirlər, yazmır H.O.S.T - axı biz kimik - toz
Deyirlər, yazmır H.O.S.T - yazırıq, əməl olunmur
Ancaq söz, ancaq söz, ancaq söz, ancaq söz!

Yazmır H.O.S.T (11 Mart Versiyası) Q&A

Who wrote Yazmır H.O.S.T (11 Mart Versiyası)'s ?

Yazmır H.O.S.T (11 Mart Versiyası) was written by PRoMete.

When did PRoMete release Yazmır H.O.S.T (11 Mart Versiyası)?

PRoMete released Yazmır H.O.S.T (11 Mart Versiyası) on Tue May 02 2023.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com