[Bənd 1]
Qismət xəbərsizdir, nə götürəcək?
Azmı aparacaq, çoxmu qalacaq?!
Tale özü bilmir nə gətirəcək
Yasmı qurulacaq, toymu olacaq?!
Yarpaqlar rəqs etdi torpağın üstə
Yağışmı yağacaq, günmü çıxacaq?!
Şan-şöhrət verildi naxələf dosta
Dayaqmı duracaq, evmi yıxacaq?!
[Bənd 2]
Külək divan tutdu bala qovağa
Tezmi yıxılacaq, bərkmi duracaq?!
Haqsızlıq addadı, gəldi qabağa
Yüzmü dağıdacaq?! Minmi vuracaq?!
Təbiət naəlac, qovaqlar xəstə
Birisi ağladı, birisi güldü
Yarpaqlar rəqs etdi torpağın üstə
Kimisi qanmadı, kimisi bildi...
[Nəqərat]
Baş alıb haraya getdi karvanım?
Nə vaxt qayıdacaq? Qayıdacaqmı?!
Fağır-fağır durdu Azərbaycanım...
Nə vaxt ayılacaq? Ayılacaqmı?!
Baş alıb haraya getdi karvanım?
Nə vaxt qayıdacaq? Qayıdacaqmı?!
Fağır-fağır durdu Azərbaycanım...
Nə vaxt ayılacaq? Ayılacaqmı?!
Baş alıb haraya getdi karvanım?
Nə vaxt qayıdacaq? Qayıdacaqmı?!
Fağır-fağır durdu Azərbaycanım...
Nə vaxt ayılacaq? Ayılacaqmı?!
Baş alıb haraya getdi karvanım?
Yarpaqlar Rəqs Etdi Torpağın Üstə (Karvanım) was written by Rasim Müzəffərli.
Rasim Müzəffərli released Yarpaqlar Rəqs Etdi Torpağın Üstə (Karvanım) on Thu Dec 01 1988.