[Bənd 1]
Ay qız, sən mənim yaxın şərqim
“Veçnı” odlu gərgin
Müharibə sevən bomba dərdim
Ərazinə girən çox didərgin
Aramız əndrəbadi
Elə bil sən ərəb, mən də yahudi
Bizlərə yadigar qalıb bu ortaq torpaq
Onu gəl bölək adil
Ürəyin döyünən İzrail
Gecə-gündüz CNN izləyir, BBC izləyir
Həyatını kimin isə xalası və bibisi izləyir
Məni parçalayır münaqişələrin, şairin ürəyin paralayıb günah iş eləmə
Hövsələmi bunca eşələdin
Kaş ki, bunun əvəzinə ilahi şilləni sifətimə vurub döşəyərdin
Şap səsi qulağıma musiqi olsun
Kaş verdiyin acı tək fiiziki olsun
Maç eləyərdim səni amma istəməzdim dədən əsəbi olsun
[Nəqərat]
Qəlbin İranın nüvə bombası
(Gizlidir, sirlidir)
Dünyan bir müharibə zonası
(Buralar istidir)
“Underrated”sən sən kələm dolması kimi
Görüşə hazırlıqlı gəlmişəm
Klək klək
[Bənd 2]
Ay qız sən mənim uzaq şərqim
Mənə yad qurşaq fərqli bir iqlim
Yanında elə oluram “senpai”
Sən gedəndən oldum xosumbay
Öyrənərəm muay-tay, səni kövrəldənə göstərərəm vay-vay necə olur ay qa (yox) ayka (yox) ay qız
Məni qınama çox haqsız
[Nəqərat]
Qəlbin İranın nüvə bombası
(Gizlidir, sirlidir)
Dünyan bir müharibə zonası
(Buralar istidir)
“Underrated”sən sən kələm dolması kimi
Görüşə hazırlıqlı gəlmişəm
“Underrated”sən sən kələm dolması kimi
Görüşə hazırlıqlı gəlmişəm
Yarpaq Bombası, Nüvə Dolması was written by .
Neocortex-aze released Yarpaq Bombası, Nüvə Dolması on Mon Nov 29 2021.