[Bənd 1]
Unutmasaq, olmaz
Gecə yatmır, nə yumulmur gözlərim
İzi itmir bu dərindəki hisslərin
Bir çıxılmaz döngədə dolanıb gəzmişəm
Səni dilənmişəm
[Keçid]
Mənim qədər yanmaz
Nə qədər yandırsam qəlbini, gözləmə
Necə gedim axı? Bunu məndən istəmə
De, unutdun, öz adından danış tək
Mənim eşqimi gizləmə
Yalan sevgiyə qarışmaz
[Nəqərat]
Getmək bizə yaraşmaz
Keçmişdə qalan yaşananlar xətrinə
Verirəm can göz yaşlarla qram-qram
Axı öyrəşmişdim sevginin ətrinə
Yandım ondan ötrü mən
Dönsək, o da yaraşmaz
O qədər qorxur ki ürəyim sevgidən
İçimdəki bu nifrəti hələ də qırammıram
Sənə gələn yollarda budur məni ləngidən
Gəl dünyanı tərk edək
[Bənd 2]
Toxunmasaq, olmaz
Ürək tutanda əllərdən bilir hissləri
Bəlkə, dərdim çox dərinlərdə gizlənib
Gözlərində özümü yıxılmış görmüşəm
Səninçün ölmüşəm
[Keçid]
Mənim qədər yanmaz
Nə qədər yandırsam qəlbini, gözləmə
Necə gedim axı? Bunu məndən istəmə
De, unutdun, öz adından danış tək
Mənim eşqimi gizləmə
Yalan sevgiyə qarışmaz
[Nəqərat]
Getmək bizə yaraşmaz
Keçmişdə qalan yaşananlar xətrinə
Verirəm can göz yaşlarla qram-qram
Axı öyrəşmişdim sevginin ətrinə
Yandım ondan ötrü mən
Dönsək, o da yaraşmaz
O qədər qorxur ki ürəyim sevgidən
İçimdəki bu nifrəti hələ də qırammıram
Sənə gələn yollarda budur məni ləngidən
Gəl dünyanı tərk edək
Yaraşmaz was written by Miro (AZE).
Miro (AZE) released Yaraşmaz on Thu May 15 2025.