[Bənd 1]
Bir az şərabla etməyəcəyimiz səhv yox
Həyat qaranlıq, ürək yol
Çıxılmaz olarmı tək yol?
Mən varam, xəyallar var, sən yox
Nə sabah yox, nə dünən yox
Nə görən var, nə bilən yox
Mən özümü itirmişəm axı!
Mənim üzümü güləndə heç görən yox
[Nəqərat]
Yaraşır, yaraşır üzümə mənim tənhalıq
Yaraşır üzülən üzə fəryadım
Dayanıb bax neçədən saatım
Gecə mən, mən gecədən zalım
Darmadağın həyatın övladı
Neçə il öncədə qalıb yadı?
Həyatım beş səhifədən ibarət
Amma ürəyimin özü bir dünyadır
Yaraşır, yaraşır üzümə mənim tənhalıq
Yaraşır üzülən üzə fəryadım
Dayanıb bax neçədən saatım
Gecə mən, mən gecədən zalım
Darmadağın həyatın övladı
Neçə il öncədə qalıb yadı?
Həyatım beş səhifədən ibarət
Amma ürəyimin özü bir dünyadır
[Bənd 2]
Ölümmü qorxudacaq ilk doğuşdan ölənləri?
Nə badə eşq ilə təhdidləri fəryad edəsən
Onsuz da, istəsək də yazılanları siləmmərik
Arada bir bəsdir məni xəyallarında yad edəsən
İzsiz səhrada itmiş tək yalquzağam mən
Heç bir əzab məni sənin qədər yormamışdı
Həyatın kölgəsində bəlalardan uzağam mən
Anamın duaları tək səndən qorumamışdı
Amma mən inanmıram sən qalasan indiyə tək
Onsuz da, səni heç vaxt öz yanımda görməmişdim
Məzarlıqdan qorxanların həyatda indiyədək
Əminəm, heç bir doğması yanında ölməmişdir
Bu gecə şərablarla xəyal edim, qatım səni
Şəklin küsüb, sanki küsür, məni danışdırmır
Çox istədim başqasında tapım səni
Ürəyim sevgimizi başqa birinə yaraşdırmır
[Keçid]
Yaraşır, yaraşır üzümə mənim tənhalıq
Yaraşır üzülən üzə fəryadım
Dayanıb bax neçədən saatım
Gecə mən, mən gecədən zalım
Darmadağın həyatın övladı
Neçə il öncədə qalıb yadı?
Həyatım beş səhifədən ibarət...
[Nəqərat]
Yaraşır, yaraşır üzümə mənim tənhalıq
Yaraşır üzülən üzə fəryadım
Dayanıb bax neçədən saatım
Gecə mən, mən gecədən zalım
Darmadağın həyatın övladı
Neçə il öncədə qalıb yadı?
Həyatım beş səhifədən ibarət
Amma ürəyimin özü bir dünyadır
Yaraşır üzümə mənim tənhalıq
Yaraşır üzülən üzə fəryadım
Dayanıb bax neçədən saatım
Gecə mən, mən gecədən zalım
Darmadağın həyatın övladı
Neçə il öncədə qalıb yadı?
Həyatım beş səhifədən ibarət
Amma ürəyimin özü bir dünyadır
Yaraşır (SarkhanBeats Remix) was written by Miro [AZ].
Miro [AZ] released Yaraşır (SarkhanBeats Remix) on Mon Mar 13 2023.