“Yarasa” mahnısında QQ bizi bir hekayəyə aparır. Özündən və ruhundan kənarda xoşbəxtlik axtaran itmiş bir insanı təsvir edir. Yarasının nə olduğu bəlli deyil, öz xoşbəxtliyini barlarda, küçələrdə, qucaqlarda və içkilərdə axtarır. Mahnı lirik-absurdizm janrında yazılıb Yarasanın həyatında olduğu kimi...
Getdi ki, sağala könlünün yarası
Bir gecəqonduda sərxoş yarasa
Getdi ki, özgəsi yaranı sarısın
Və qayıtdı unutdu evinin qapısın
Getdi ki, sağala könlünün yarası
Bir gecəqonduda sərxoş yarasa
Getdi ki, özgəsi yaranı sarısın
Və qayıtdı unutdu evinin qapısın
Getdi ki, sağala könlünün yarası
Bir gecəqonduda sərxoş yarasa
Getdi ki, özgəsi yaranı sarısın
Və qayıtdı unutdu evinin qapısın
Getdi ki, sağala könlünün yarası
Bu gecəqonduda sərxoş yarasa
Getdi ki, özgəsi yaranı sarısın
Və qayıtdı unutdu evinin qapısın
Evinin qapısın
Evinin qapısın
Bax, sənin xətrinə
Son ikicə qədəh
Yumulur gözlər
Yumulur gözlər
Yumulur gözlər
Biraz uzansın burda ikicə dəqiqə
Cəmi ikicə dəqiqə
İkicə dəqiqə
İkicə dəqiqə
Sabah işə gedəcək — söz, evə dönəndə
Alacaq dükanda gördüyü oyuncağı
Balaca qızına alacaq, mütləq
Ana deyəcək:
“Bala, yat, ata bu gün gec gələcək”
“Gözləyək, anacan!
Gözləyək, anacan!
İkicə dəqiqə
İkicə dəqiqə”
Şüşə bardaqlar
Sanki şüşə saatlar
Dolduqca bir tərəfindən
O biri tərəfindən necə süzülür illər
Qızı 25
Və istəmir oyuncaq
İkicə qədəh çevrilir ikicə dəqiqədə iyirmicə ilə
Getdi ki, sağala könlünün yarası
Bir gecəqonduda sərxoş yarasa
Getdi ki, özgəsi yaranı sarısın
Və qayıtdı unutdu evinin qapısın
Getdi ki, sağala könlünün yarası
Bu gecəqonduda sərxoş yarasa
Getdi ki, özgəsi yaranı sarısın
Və qayıtdı unutdu evinin qapısın
Evinin qapısın
Evinin qapısın
Qayıtdı unutdu evinin qapısın
Evinin qapısın
Evinin qapısın
Getdi ki, sağala könlünün yarası (yarası)
Bir gecəqonduda sərxoş yarasa (yarasa)
Yarasa (yarasa)
Yarasa (yarasa)