Yandım by Nadir Qafarzadə
The music player is only available for users with at least 1,000 points.

Yandım Lyrics

[Bənd 1]
Küsdün getdin səbəbsiz
Heç nə söyləmədən
Mən də qaldım çarəsiz
Məni dinləmədin

Arxanca düşdüm səssiz
Nədən dönmədin?
Səndən sonra nə çəkdim
Sənsə bilmədin
Sənsə bilmədin
Ah, sənsə bilmədin!

[Nəqərat]
Yandım, yandım, susadım
Yar, mən damla-damla
Göz yaşımı ağlayıb içdim, bunu anla
Baxdım, baxdım yollara
Sənsiz coşdum, çağladım
“Unut” dedi ürəyim
“Unut onu” pıçıldadım

[Bənd 2]
Söylə, söylə sevgimi
Susma, ey külək
Bilsin onu sevirəm
O nazlı mələk

Onsuz yaşamaq mənə
Zülmdür, zülm
Dönsün, qayıtsın yenə
Qoy ömrüm, günüm
Qoy ömrüm, günüm
Ah, qoy ömrüm, günüm

[Nəqərat]
Yandım, yandım, susadım
Yar, mən damla-damla
Göz yaşımı ağlayıb içdim, bunu anla
Baxdım, baxdım yollara
Sənsiz coşdum, çağladım
“Unut” dedi ürəyim
“Unut onu” pıçıldadım

Yandım, yandım, susadım
Yar, mən damla-damla
Göz yaşımı ağlayıb içdim, bunu anla...

Yandım Q&A

Who wrote Yandım's ?

Yandım was written by Ruslan Səfəroğlu & Фуад Ибрагимов (Fuad İbrahimov).

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com