Yalançı by Ali Khayyam (Ft. RG)
Yalançı by Ali Khayyam (Ft. RG)

Yalançı

Ali Khayyam & RG

Download "Yalançı"

Yalançı by Ali Khayyam (Ft. RG)

Release Date
Tue Jun 23 2015
Performed by
Ali KhayyamRG
Produced by
ShidyBeats
Writed by
RG & Ali Khayyam

Yalançı Lyrics

[Bənd 1: RG]
Mən yalançıyam özümə qarşı
Tutduğum sözümə qarşı
Nə qədər aldatmaq olar hər şey olacaq yaxşı
Düzünü demirəm, yalançıyam görən gözümə qarşı
Yalanım həqiqətimin bir qarışı
Yalanım müqəddəs vergiyə qarşı
Yalanım sevgiyə qarışıb
Mən fahişələrlə şərab, qəhqəhə vururam
Sevdiyim gözlər, göz yaşıyla isladıb balışı
Yalanım, anamın saçına dən salıb
O atamı gücsüz edib onu əldən salıb
Yalanım dildən çıxarıb məni elə dilə salır
Arada o qədər olur bilmirəm nə nədi, məni də elə salır
Aldadıb aldanıram, əlimizdə qan izi
Yalanım vətənə, işğal altında iyirmi faizi
Yalançıyam düşmənə qarşı, içmirəm onun qanını
Yalançıyam mən, yalançıyam, pozuram neçənci andımı
Yalançıyam oğluma qarşı, elə hər doğmama qarşı
Onsuz olmur cavanı da, ağ saqqalı bununla barışıb
Yalan doğruma qarşı, yalanla boğulub baxışım
Mən yalanam, pressa məni doğru kimi soxmağa çalışır
Yalanım Tanrıma qarşı, yadıma düşür darda və ya əlimdə badə
Çiy süd əmmişəm, mən insanam qınama nə badə
Qüsur genlərimdə mənim
Yalançıyam mən, yalançıyam
Babamın adı Adəm!

[Bənd 2: Ali Khayyam]
İyirmili yaşlarda qocalıq yaşayır gəncliyim
"Hər şey yaxşı olacaq" deyənlər yalançı

Küçələr keçilmir kədərdən, küçələrdə şeiriyyat var
Şair dedikləriniz, evdə analarına yalançı

Bircə Pərimin gözlərindən axacaq yaş deyə, saxlıdır həqiqət hələ də
Lənət olsun bu günümə, mən şeirlərimə də yalançı

Dərdi yazmaq olanın qələmindən Tanrı əksik olmamalı
Gənc ədiblərimin dərdi qadın şəhvəti, kitablarınız da yalançı

Çox gördük polis qandallı əllərin pafoslu şəkillərini
Sol nə bilir Vətən-Millət nədir? Mitinqləriniz də yalançı

Səma şairiyəm mən, şeirlərim kərvandır
Bu karvanların da səhrasında, hər şey ilğım, hər kəs yalançı

Yuxularımı illər əvvəl kitabların arasında itirmişəm
Hələ də tapa bilmirəm
Neçə dərman, nə qədər içki
Nə qədər olar səhərlərə siqaretlə sabahın xeyir demək
Nə edim, ölə bilmirəm
Nə qədər olar yuxusuz küçələr, nə qədər olar şeirləşmək istəmədən
Nə dədər olar ağrımaq bu qədər kədərin üzərinə
Nə qədər olar boş dualar, qüya olacaqmış kimi nəsə

Əgər dualar xəstəyə çarə olsaydı, heç bir Ana ölməzdi
Ruhumu al məndən, as inanclarımdan məni, dualar da yalançı

Bu gün gözlərin heç danışmır mənimlə
Gəl tut əlimdən
Saatlar gözləyə də bilər
Boş ver

Susuzluqdan çartlamış torpağam
Ağla bir az mənə, bir az öp məni
İnsanlar gözləyə də bilər
Boş ver

Baxma əllərim kobudlaşıb bu son illərdə
Baxma tel-tel ağarmış saçlarıma
Gözlərimin altındakı qırışlara heç fikir də vermə
Mən hələ uşağam, qoru məni bu insanlardan

Boğazımda düyüm, hər dəfə deyəndə ki, "yaxşıyam, Anam"
Güzgüdəki insanam mən, mən başdan ayağa yalanam

Yalançı Q&A

Who wrote Yalançı's ?

Yalançı was written by RG & Ali Khayyam.

Who produced Yalançı's ?

Yalançı was produced by ShidyBeats.

When did Ali Khayyam release Yalançı?

Ali Khayyam released Yalançı on Tue Jun 23 2015.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com