[Bənd 1: Elşad Xose]
Açıldı səhər
Bu nə gün, bu nə güzəran
Pirin yanında qalıram, eşidirəm Azan
Çıxıb çölə görürəm küçəmizdən avtobus keçir
Kimsə itlə gəzir, iti olmayan gəzdirir keçi
Yaxşı basın, eşin, çəkin, qulaq asın, gülün
Müğənni var sonra satır konsertdə aldığı gülü
Televizorda baxıram ancaq ruslara
Bir təzə mahnı yazmışam namussuzlara
İlk dəfə mənim diskimdə çıxıb söyüş [?]
İngiliscə bildiyim söz - "beautiful" və "table"
Göbələklər əlindən tərpənməyə yer yox
Gündə bir tədbir edirlər, boş qalan yer çox
[Nəqarət: Miri Yusif]
Vay, vay, vay, Xose bizi minəcək
Bu sənətdə kimin yeri yox o deyəcək
Vay, vay, vay Xose bizi minəcək
Kim onunçün quyu qazıb o çezəcək (×2)
[Bənd 2: Elşad Xose]
Soruşmamış adımızı soxurlar reklama
Gəlib tədbiri alt-üst edəndə qışqırırlar "Мама"
Biz olmuşuq yalan, bunlar olub gerçək
Xose, qaqaş, götür
İstəmirəm, çək
Gözləyirlər bizi görsünlər, nə haqda nə deyərik
Ki, öz özlərinə deyirlər: "Sonra təkrar edərik"
Özünüz bir şey yazaraq gəlin çıxın ortaya
Araya
Canlı oxuyaraq çıxın saraya
Qaraya
Qara deyin, sarı deyin sarıya
Həqiqətlə sancıram oxşayaraq arıya
Diliniz söz tutmur oxşayırsız qoca qarıya
Bu sənətdə yeriniz yoxdur, basın bayıra
[Nəqarət: Miri Yusif]
Vay, vay, vay, Xose bizi minəcək
Bu sənətdə kimin yeri yox o deyəcək
Vay, vay, vay Xose bizi minəcək
Kim onunçün quyu qazıb o çezəcək (×4)
Vay Vay Vay was written by Miri Yusif & Elşad Xose.