[Nəqərat]
Əvvəl-əvvəl vətən işğalına imkan veririk
Sonra sakitliyə atəşkəsə fərman veririk
[Bənd 1]
Bizə Peyğəmbərimiz söylədi qeyrətli olun
Qoruyun torpağı sərvətdə səxavətli olun
Kişilər, səhv salırıq biz bunu diqqətli olun
Sərvəti qoruyuruq, torpağı qurban veririk
[Nəqərat]
Əvvəl-əvvəl vətən işğalına imkan veririk
Sonra sakitliyə atəşkəsə fərman veririk
[Bənd 2]
Çalmaz heç cür qələbə xalqı süqut etməginən
"Bizlərindir Qarabağ" dildə sübut etməginən
Torpaq işğal olunubdursa sükut etməginən
Gələcək nəsilə şikəst Azərbaycan veririk
[Nəqərat]
Əvvəl-əvvəl vətən işğalına imkan veririk
Sonra sakitliyə atəşkəsə fərman veririk
[Bənd 3]
Ey, bizim xain əliylə satılan torpağımız
Vətən övladı tərəfdən atılan torpağımız
Min xəyanət oxu ilə çatılan torpağımız
Biz sənin haqqını əldən necə asan veririk?
[Nəqərat]
Əvvəl-əvvəl vətən işğalına imkan veririk
Sonra sakitliyə atəşkəsə fərman veririk
[Bənd 4]
Laçın, Ağdam, Şuşa işğal olunubdur beləcə
Mavi ekranda xəbərlərdə də baxdım o gecə
Sabah olacaq Şuşada istilik on beş dərəcə
Arsız-arsız havası haqda da elan veririk
[Nəqərat]
Əvvəl-əvvəl vətən işğalına imkan veririk
Sonra sakitliyə atəşkəsə fərman veririk
[Bənd 5]
İnsanın əvvəli torpaq, sonu torpaqdı fəqət
Gövhəri nuru olarsa, donu torpaqdı fəqət
Sonda ağuşa alan da onu torpaqdı fəqət
Yaranıb torpağın üstündə həmi can veririk
[Nəqərat]
Əvvəl-əvvəl vətən işğalına imkan veririk
Sonra sakitliyə atəşkəsə fərman veririk
Vətən İşğalı was written by Aydın Xırdalanlı.
Aydın Xırdalanlı released Vətən İşğalı on Mon Jan 01 2001.