Vəkil by Dadash 420 (Ft. Dadash 420)
The music player is only available for users with at least 1,000 points.

Download "Vəkil"

Vəkil by Dadash 420 (Ft. Dadash 420)

Release Date
Sat Apr 06 2019
Produced by
Writed by
Dadash 420 & Dörd2Sıfır

Vəkil Lyrics

[Bənd 1]

Hamıdan arxada qaldın, baxmadan ardına tapdala andı
Saxtalar artır, bu oyunda indi şərəfin satıb sağ qalanlardır
Tapacaqlar açmağa sandıq, xalqa atıb qaçmaq asandır
Əsas odur ki, görsün, seyfinin içi "пачка, пачка, пачка" manatdır

Qurulur məhkəmə neçə birinin zibilindən bəlkə də neçəsini
Tutub basacaqlar, xəlvətcə gecə, hər dəfə keçəcəklərini düşünüb
Hərəkətə keçər, zəng edəcəklər qara pul, narkotik, silah sərhədi keçər
O, bu gün elə bilir ki, əfv ediləcək, indi isə əsas mətləbə keçək

Səhər tezdən məhkəmə zalı və əlbəttə ki, öz səhvindir
Seçdiyin yanlış səmtindir, camaatdan yediyin gəlirindir
(Son, son) Son söz vəkilindir, müvəkkilimin heç bir günahı yox idi
Hakim hökmü oxuyur, mədəni yolla pulları təhvil verin, ey!

Bu qədər yeyinti geri qaytarılmalı idi axı bir yolla
Kimsə ağzını bərk saxlamadı və aparmadı qəbrə sirri onunla
Məbləğ tam açıqlanmır, çünki söhbət gedirdi milyondan
Milyonların haqqın haqlı-haqsız almalı idi, bir gün biri ondan

Minir maşınına gedir evə çatır, tapır yandırırdı fərdi işləri
Hakimin sözləri sərt işlədi, artırırdı pis vərdişləri, ey!
Elədiyi əməllər gözünün qabağından keçir, onu vicdan boğur
Fəhlənin dedikləri yadına düşür, "mən işlədim, amma ki, sən dişlədin"

[Keçid]

Olub onun pulu bron
Bitki tapıb qurudur o
Çəkib-çəkib unudur onu
Bəli, əsl budur travma

Oturub hamı fikirləşir
Çıxır oradan bicin təki
Deyir "Bəlkə deyib vəkil"
Bu da yaradır içində kin

Cibindəkin birin çəkir ki
Öldürsün içindəkini
"Zəng elə" deyə deyir dostu
Zəng açır ki, itib vəkil

Fikirləşib, içib-çəkir
Fikirdəkinə ilişməsin
Ona demirlər eşitməsin
Prakror 10 il iş kəsib

[Bənd 2]

Bu dövlətin gizli üsuludur, yığılıb qalansa vergi rüsumudur
Vəkil hər şeyin üstünü büs-bütün açıb və xaricə üz tutub
Qəribə mövzudur, dollarlı 100 qutu, ortada pusqudur, əsas minus budur
Tapdığı qatillər muzdludur, bir nəfər kimi tapşırır ki, tapıb o qatili susdurun, ey!

[Çıxış]

Cəza evi ona imarətdir
Ədalətli səyahətdir
Səlahətli şəxslərdən bəraətdə mahərətdir

Cəza evi ona imarətdir
Ədalətli səyahətdir
Səlahətli şəxslərdən bəraətdə mahərətdir

Vəkil Q&A

Who wrote Vəkil's ?

Vəkil was written by Dadash 420 & Dörd2Sıfır.

Who produced Vəkil's ?

Vəkil was produced by .

When did Dadash 420 release Vəkil?

Dadash 420 released Vəkil on Sat Apr 06 2019.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com