Üzbəüz by Ali Ashikar
Üzbəüz by Ali Ashikar

Üzbəüz

Ali Ashikar

Download "Üzbəüz"

Üzbəüz by Ali Ashikar

Release Date
Sat Sep 05 2020
Performed by
Ali Ashikar

Üzbəüz Lyrics

[Bənd 1]
Ara bir zəng et mənə
Özün də bilirsən ki, heç bir işim düz getmir
Daha taqətim yoxdur o yolu bir də tək getməyə
Çün, bizə xoş gün yaşadanlar gedəndə xoş getmir

Gözündə gözüm qalıb
Mən sənə hələ də vurğunam, ürəkdə sözüm qalıb
Güzgüdə üz cizgilərin, otaqda səsin qalıb
Yadımda son cümlələrin, “əlvida” sözün qalıb

Gedənlər unudulmur
Gedənlər elə gedir ki, dönəcəyinə bir ümid olmur
Ona görə saatlarla gözləməyinə dəyməz onu
Görən hər şeyin bir sonu var deyəmi sevgi sonsuz olur?

Səni mənsiz görəndə niyə görən mən ölməmişdim?
Niyə bizi ayıranlar dar günümüzə gəlməmişdi?
Nə deyər deyə düşünürdüm məni sənsiz görənlər?
Utanıb yerə girmişdim səni mənsiz görəndə

[Nəqərat]
Gündən-günə dəyişir həyat
Birdən-birə yerə düşürəm
Mənsiz gecələri üşüyən
Bəlkə də sənsən yenə məni düşünən

Gündən-günə dəyişir həyat
Birdən-birə yerə düşürəm
Mənsiz gecələri üşüyən
Bəlkə də sənsən yenə məni düşünən

[Bənd 2]
Özümlə barışmıram
O həddə çatmışam ki dözümdən heç danışmıram
Qaldı ki sənlə barışmaq həyata küsmüşəm mən
Bildiyin sular dayaz dərinlikdə üzmüşəm mən

Əlimi əllərindən üzmüşəm mən
Nə sevginin soyadı, nə ayrılığın adı yoxdur
Daha təəccüblü deyil neçə belə üz görmüşəm mən
Nə yağan yağışların, damcıların dadı yoxdur

Son dəfə güldüyüm heç yadıma gəlmir
Nə əllərim qələmə, nə qələm kağıza dəymir
Bəlkə də sona yaxınam, uzaqlarda yol görünür
Ayağım dasa ilişir, di gəl başım daşa dəymir

Hər nə etsəm olmur yəni
Nə qədər yoxlamışam, səndən sonra alınmayıb
Duyğular yığılır içimdə, birləşib gözdən gəlir
İllər sonra tanımayacaqsan bəlkə də görsən məni

[Nəqərat]
Gündən-günə dəyişir həyat
Birdən-birə yerə düşürəm
Mənsiz gecələri üşüyən
Bəlkə də sənsən yenə məni düşünən

Gündən-günə dəyişir həyat
Birdən-birə yerə düşürəm
Mənsiz gecələri üşüyən
Bəlkə də sənsən yenə məni düşünən

Gündən-günə dəyişir həyat
Birdən-birə yerə düşürəm
Mənsiz gecələri üşüyən
Bəlkə də sənsən yenə məni düşünən

Gündən-günə dəyişir həyat
Birdən-birə yerə düşürəm
Mənsiz gecələri üşüyən
Bəlkə də sənsən yenə məni düşünən

Üzbəüz Q&A

Who wrote Üzbəüz's ?

Üzbəüz was written by Ali Ashikar.

When did Ali Ashikar release Üzbəüz?

Ali Ashikar released Üzbəüz on Sat Sep 05 2020.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com