[Bənd 1]
Gecə düşmüş qaranlıq
Sabahı axtarıram
Dörd bir yanım dalanlıq
Qapımı axtarıram
Dörd bir yanım dalanlıq
Qapımı axtarıram
[Keçid]
Heç bilmirəm nədəndir
Yar da tərk edib məni
Heç bilmirəm nədəndir
Yar da tərk edib məni
Öz başımı tutmağa əlimi axtarıram
Öz başımı tutmağa əlimi axtarıram
[Nəqərat]
Gəl ki, dodaqların qədəhim olsun
Bir tünd şərab kimi itirim səni
Alıb apardıqların halalın olsun
Onsuz da öldürər bu haram məni
Onsuz da öldürər bu haram məni
[Bənd 2]
Yuxu gördüm yozmadılar
Sözüm bitdi duymadılar
İtirdiyimi bu dünyada
Axtarmağa qoymadılar
İtirdiyimi bu dünyada
Axtarmağa qoymadılar
[Keçid]
Heç bilmirəm nədəndir
Yar da tərk edib məni
Heç bilmirəm nədəndir
Yar da tərk edib məni
Öz başımı tutmağa əlimi axtarıram
Öz başımı tutmağa əlimi axtarıram
[Nəqərat]
Gəl ki, dodaqların qədəhim olsun
Bir tünd şərab kimi itirim səni
Alıb apardıqların halalın olsun
Onsuz da öldürər bu haram məni
Onsuz da öldürər bu haram məni
(Onsuz da öldürər bu haram məni)
Tünd Şərab was written by Samir Quliyev & Ahmed Mustafayev.
Ahmed Mustafayev released Tünd Şərab on Thu Oct 06 2016.