Təəssüf by Miro (AZE)
Təəssüf by Miro (AZE)

Təəssüf

Miro (AZE)

The music player is only available for users with at least 1,000 points.

Download "Təəssüf"

Təəssüf by Miro (AZE)

Release Date
Mon Mar 18 2024
Performed by
Miro (AZE)

Təəssüf Lyrics

[Bənd 1]
Eşqin şərabı badələrindədir
Məni öldürəcək zəhər sənsən
Gözdən uzaq bir yerdəyəm mən
Tanıdığım ən yaxın şəhər sənsən

Məndə boğulan qəhər sənsən
Gecəmə gəlməyən səhər sənsən
Uduzduğum tək döyüş eşqin
Təəssüf, bu savaşda zəfər sənsən

[Nəqərat]
Silib atdın eşqi bir qələmdə heç düşünmədən
Soyuq həsrətin niyə?
Ürəyimdə həbs edimmi dərd olan bu sevgini
Geri gəlməsin deyə?

Yorulub ayaqlarım qaçarkən arxasınca mən
De, küsümmü sevgiyə?
Kor edimmi gözlərim bu halda ayrılıqla bir
Səni görməsin deyə?

[Bənd 2]
Sevmək yaxşıdır hər şeydən öncə
Amma unudulanda hər şey pisdir
Həyatın bu oyunları riskli
Ömrüm keçəcək əsəbi, hirsli
Hər kəsə bir imtahan, ancaq nəticə
Nəticə də deyil axı bizlik
Küçədən Günəş kimi soyuqsan
İçəridə -100° isti

Məndən bura qədər, axı bezdim
Boş ver, getsin, mənə bəsdir
Mən də ilk dəfə yaşayıram ömrü
Öncədən yoxdur heç bir təsvir
Bir parça həyatımda dərzi
Ölçdüm, biçdim, döndüm, kəsdim
Gəlişinə tənliklə sübut çox
Gedişin fizika qanununa tərsdir

[Nəqərat]
Silib atdın eşqi bir qələmdə heç düşünmədən
Soyuq həsrətin niyə?
Ürəyimdə həbs edimmi dərd olan bu sevgini
Geri gəlməsin deyə?

Yorulub ayaqlarım qaçarkən arxasınca mən
De, küsümmü sevgiyə?
Kor edimmi gözlərim bu halda ayrılıqla bir
Səni görməsin deyə?

Təəssüf Q&A

Who wrote Təəssüf's ?

Təəssüf was written by Miro (AZE).

When did Miro (AZE) release Təəssüf?

Miro (AZE) released Təəssüf on Mon Mar 18 2024.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com