[Bənd 1]
Bu sabah alınmadı, yəqin ki başqa sabah
Gəl bu görüş gününü biz gələn il bu vaxta salaq
Görüşmədik demək deyil yəqin ki, başqası var
Bu sabah olmasa da, inşallah başqa sabah
Qopa bilmir qələmim səndən, nə qədər küssəm də
Şeirim sənsən, vərəqim sən, özgəyə gülsən də
Ağlama, gül sən də, gedirəm, gəl sən də
Gəlsən əgər, şərtim var, bu səfər gül səndən
Elə bir yerdəsən ki, toxuna bilmir əlim sənə
Nə sən mənə layiq ola bilməmisən, nə mən sənə
O qədər saf və içdən idi ki, mənə gülümsəmən
Yadırğamışam artıq, daha tanış gəlmir üzün mənə
Sevirdim mən o cümlədən səni xatırladan hər şeyi
Bilirdik biz, alınmazdı, dözdük, amma ki, keçən deyil
O da bilirdi, şeirlərimin ünvanında o tək deyil
Güldanından ayrı düşən gül qabında solan deyil
O gözü yolda, qulağı səsdə, könül ahəstə
Qolunda can verirdi sevgi başqa birinin uğruna
Biz keçə bilmədik əngəlləri, sonra düşdük həvəsdən
Yenidən sevə bilməyib ayrılmağa məcbur oldu yar
Əlləri körpətək incə, o qıvrım uzun saçları
Yanağına yağan yağışlar isladır quru yamacları
Onu mən çox bağışladım ki, səhvi gözümdən itsin
Bəlkə heç özü də istəməzdi mahnımız belə bitsin
[Nəqərat]
Dözə bilmirəm daha
Gecələri yata bilmirəm rahat
Sənə görə mən dönmüşəm yada
Amma əvəzin yoxdur dünyada
Dözə bilmirəm daha
Gecələri yata bilmirəm rahat
Sənə görə mən dönmüşəm yada
Amma əvəzin yoxdur dünyada
Tərənnüm was written by Ali Ashikar.
Ali Ashikar released Tərənnüm on Fri Sep 14 2018.