[Bənd 1]
Gözləmək bir igid ömrünü yaşayaraqdan
Gözləmək bütün yaralarını sıxaraqdan
İstəmək ürəkdən, cani-dildən
Arzulardan dönməmək!
Arzudan dönməməkdir bu
[Keçid]
Zirvələrin qartalları
Yurdun qəhrəmanları
Anaların duaları
Çatar Tanrıya
[Nəqərat]
Şuşam, heyranam dumanlı dağlarına
Şuşam, qurbanam o qanlı qayalarına
Şuşam darıxmışdı türkün addımına
Şuşam qucaq açdı igid balalarına
Şuşam, heyranam dumanlı dağlarına
Şuşam, qurbanam o qanlı qayalarına
Şuşam darıxmışdı türkün addımına
Şuşam qucaq açdı igid balalarına
[Bənd 2]
Qaraldı
İşıqlı günlərimiz illər öncə qaraldı
Millətin sülh seçimi əllərindən alındı
Onların başqa yolu qalmamamışdı
Daşaltı! Çıxış yolumuz Daşaltı!
[Keçid]
Zirvələrin qartalları
Yurdun qəhrəmanları
Anaların duaları
Çatar Tanrıya
[Nəqərat]
Şuşam, heyranam dumanlı dağlarına
Şuşam, qurbanam o qanlı qayalarına
Şuşam darıxmışdı türkün addımına
Şuşam qucaq açdı igid balalarına
Şuşam, heyranam dumanlı dağlarına
Şuşam, qurbanam o qanlı qayalarına
Şuşam darıxmışdı türkün addımına
Şuşam qucaq açdı igid balalarına
[Bənd 3]
Pənah Əli xan, Xəlil İbi xan
Bir tərəf qan, bir tərəf can
Qayalar alır duman, qopur tufan, tufan
Vermirik aman, qayıdırıq evə
Qayalarla dırnaq-dırnaq
Burada rəhm ummaq olmaz axı
Natəvan axır, 40 ilimiz baxır
Çapılır atımız Cıdır düzündə
Axılır qanımız vətən üzündə
Amma buradayıq - zirvə gözündə
10386 gün dözümdə
Vuraraq dağı dağa gəldik axır Qarabağa
Xarıbülbül torpağı yadlarla nə bitər, nə bitirər
Gün gələr, hər satqın ya itər, ya itilər
[Nəqərat]
Şuşam, heyranam dumanlı dağlarına
Şuşam, qurbanam o qanlı qayalarına
Şuşam darıxmışdı türkün addımına
Şuşam qucaq açdı igid balalarına, ey...!
Şuşam, heyranam dumanlı dağlarına
Şuşam, qurbanam o qanlı qayalarına
Şuşam darıxmışdı türkün addımına
Şuşam qucaq açdı igid balalarına
Şuşam qucaq açdı igid balalarına
Şuşam was written by Murad Arif & Payam Turk.
Murad Arif released Şuşam on Fri Oct 06 2023.