Suallar by RG
Suallar by RG

Suallar

RG * Track #6 On Vigilant

Suallar Lyrics

[Bənd 1]
Hər evdə ayrı əhvalat var
İnsan var - kin saxlar və əhval artar
Kimsə “vabank” gedir, vermir kart əl
Bil sən - tamah qəti sevmir kartel
Heç kim dinmir
Dedim, gecdir bəlkə?
Batır birgə ölkə
Seks, narkotik dövrüdür
Bakı altı çürük, üstü zərlidir
Görürəm hələ gözdə qırmızı pərdə var!
Qara qızıl? Qara qızın dərdidir
Qalx zirvəyə düzmədən cəsəddən nərdivan
Arzum 4x4 dost, dörd divar
Dollar, avro, manat, ya dinar
Dörd təkər, dörd nökər
Tək qaş-daş, min cild cüt tuman
RG-nin elədiyi söhbətə bax
Kişilərin indi qeybəti var
Ət, qənd, çörək, yazılan töhməti var
Bərkdən gülək, qəm kasıba fərdidir
Xanım var, mininə dəyən qeyrəti
Göz dolduran, ala, qaməti var
Ucuzdur bir şey, varsa qiyməti
Məgər hər kəs yaşayır necə sərf edir?
Nədir bu maraq?
Qəti olaraq
Necə və ya neçə gəlir gəlir saatda
Nədir bu tamah qumara?
Playboy, avara, insta-ya qoyulan salatlar?
Nədir trend? Bas "share"i, çox fanatlar
Bu brend "luxury"yə can atmaq?
Güzgüyə baxan yox, bəlkə, günahkar "selfie"dir?

[Nəqarət]
Tanrım, qınama gəl bu səfər istisna olsun
Bəndən çox çəkir ki, dərdi tüstüsündə boğsun
Özlərəm, şəhzadəm istərəm yanımda olsun
Külək ətrini yaysın, külək saçını yolsun
Gülüm, verdiyim güllər imkan vermə solsun
Bir gün əriyər aradakı səbəbsiz son buz!
Ana, nə olar duaların üstümdə olsun
Ağlımda suallar var, cavabsız və sonsuz!

[Bənd 2]
Bu sətirlərin ünvanı sürgün, Qobustanı ya Sibiridir
De ki, haqq axtarır kimsə, soruşsa, bu avamı haranın səfilidir?
Hər inanca hörmət et, peyğəmbərlər yaradının səfiridir
Sual, dua tanrıyaysa, nə fərqi bəndə oxuyur ərəbcə ya ivriti?
Fərqinə var, ruhun pinti
Millət bil ki, danışır min dil
Bizlə min bir gecə, him-cim, qızlar, intim
Onlar nə tərbiyə verəcək övladına indi, evlidir
Bir də qoynuna girən dost ilan çıxar, sivri dil!
Aç sandığı, tök pambığı bil
Düşdüyün nəyin zibilidir!
İfritələrin xətrinə dəymək olmaz, oğul, onlar kinlidir
Bu oyundan da uzaq dur, sonra "Demədi." demə ki, kim dedi
Düzünü yazmaq adamı qocaldır, həqiqət çərlədir
Bizlə başlayanların yarısı torpaq altında, yarısı da içəridədir
Bilirsən, bəlkə, bu yaşananlar kiminsə zikri, fikridir
Nəyik bilinmir, yox iz elimdə, gizlədirlər nəylə hibritik
Nə qədər sirlidirsə dünya, bir o qədər də kirlidir
Günah barıtdır, şeytan çıxacaq, çaxacaq kibriti

[Nəqarət]
Tanrım, qınama gəl bu səfər istisna olsun
Bəndən çox çəkir ki, dərdi tüstüsündə boğsun
Özlərəm, şəhzadəm istərəm yanımda olsun
Külək ətrini yaysın, külək saçını yolsun
Gülüm, verdiyim güllər imkan vermə solsun
Bir gün əriyər aradakı səbəbsiz son buz!
Ana, nə olar duaların üstümdə olsun
Ağlımda suallar var, cavabsız və sonsuz!

Suallar Q&A

Who wrote Suallar's ?

Suallar was written by RG.

Who produced Suallar's ?

Suallar was produced by Nadir Negd Pul.

When did RG release Suallar?

RG released Suallar on Sat Jan 26 2019.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com