[Bənd]
Bu drama qanla qumdu
"Spaethe" sonuncu sonata, son məktubumdu
Tərk edilmək, atılmış evlərdə qalmaq
Sanki danmaq, sənsizlik od zəbundu
Ən ağır mənzərədi
Ölən müridlər partlayan mədrəsədi
Zəkat, xüms oğurlanan sədəqədi
Sənsizlik pərt olmaq və məsxərədi
Ölmə deyən olmur, qapını döy gələndə
Günəş Ay kimi görünür yerə göy gələndə
Ağrı göynədəndə ürəyin istifadə tarixi bitir
Sənsizlik yıxılmaqdı göydələndən
Səbəbsiz təbəssümlə səni elə təsvir edim ki, ağlın çaşsın tərənnümdən
Pozdum sən gedən gündən gəlişini
Yazırdım, sən gələn gündən bu günə kimi idi axı sənsizlik
İnsan olmaqdı günahda boğulmaq üçün
Mələk olmaqdı sirləri gizlətmək üçün
Şeytan olmaqdı cənnətdən qovulmaq üçün
Şair olmaqdı dünyanı sənə bənzətmək üçün
[Sonluq]
Doğrularla, yanlışlarla məni bağışlama
Mən bağışlamadım özümü, sən də bağışlama
Göz yaşın yağışlardı
Göz yaşı tanışdı mənə ən yaxın tanışlardan
Məni bağışlama
Mən bağışlamadım özümü, sən də bağışlama
Göz yaşın yağışlardı
Göz yaşı tanışdı mənə ən yaxın tanışlardan
Spaethe was written by Okaber.
Spaethe was produced by Clavis On The Track.