[Bənd 1]
Söz...
O söz var ki, qəlbi yarıb keçər
Sınan ürək bir də necə sevər?
Çirkinləşən o sevgi hədər gedər
Söz...
O söz var ki, halı yaman eylər
Bitirər eşqi, param-param eylər
Peşmanlığın çətin ki, fayda verər
[Nəqərat]
Sözünü deyib, qapını vurub getdin
Məni dinləmədən, heyif, çıxıb getdin
Sözlərinlə ümidlərimi yıxıb getdin
Məni özümlə tək qoyub, atıb getdin
Sözünü deyib, qapını vurub getdin
Məni dinləmədən, heyif, çıxıb getdin
Sözlərinlə ümidlərimi yıxıb getdin
Məni özümlə tək qoyub, atıb getdin
[Bənd 2]
Göz...
Gözün hər gördüyü də doğru olmaz
İnanmadan, güvənmədən eşq olmaz
Əgər güvən olsa, sevgi yıxılmaz
Biz...
Nələr yaşayıb, nələr görmədik ki?
Heç nəyə baxmadan yıxılmadıq ki
Bizdən bir şey olmaz artıq çətin ki
[Nəqərat]
Sözünü deyib, qapını vurub getdin
Məni dinləmədən, heyif, çıxıb getdin
Sözlərinlə ümidlərimi yıxıb getdin
Məni özümlə tək qoyub, atıb getdin
Sözünü deyib, qapını vurub getdin
Məni dinləmədən, heyif, çıxıb getdin
Sözlərinlə ümidlərimi yıxıb getdin
Məni özümlə tək qoyub, atıb getdin
[Çıxış]
Sözünü deyib, qapını vurub getdin