[Giriş: Elşad Xose]
Şou-biznes, şou-biznes,
Vahid Qədim
Şou-biznes, şou-biznes,
Elşad Xose
Şou-biznes, şou-biznes,
Ey şou-biznes əhli
Şou-biznes, şou-biznes,
Şou-biznes əhli
[Bənd 1: Vahid Qədim]
Şou-biznes, şou-biznes,
Elə aləmdi , bu aləm, ki bu dəm sanki cəhənnəm.
Yığılıb cəm yeni görkəm, yeni imic, səsi xaric,
Özü çılpaq, gözü oynaq, üzü ancaq, üzü yumşaqdı, küsənlər, barışanlar, yarışanlar, danışanlar, atışanlar, çalışanlar, alışanlar və sönənlər,
Gözə ulduz görünənlər.
Bu palaznan bürünənlər, sürünənlər
Uçacaqlar, qaçacaqlar, neçə qapılar açacaqlar,
Verib sponsora zəhmət,
Bura zəhmət, ora zəhmət,
Yaradar, istəsə hər kəs şou biznes.
[Nəqarət: Elşad Xose]
Rakata çıkada, çıkada, çıkada
Şou-biznes, şou-biznes, bura pul gələn bulaqdı.
Şou-biznes, şou-biznes, taxılan sırqa, qulaqdı. (×2)
[Bənd 2: Elşad Xose]
Kimi son, kimdə əzəldi,
Araba kimdə gözəldi,
Kimi rep, kimdə qəzəldi şou-biznes, şou-biznes.
Görünür hamı efirdə,
Vidi əla da, kifir də
İçəni vardı çefir də, şou-biznes, şou-biznes.
Sponsora veriblər CV, CVylə də tapır civi,
Ürəyi ulduz istiyir, şit olan kəs duz istəyir.
Göstərən var öz ailəsin, qonum-qonşusun, dayəsin.
Nəyə lazım hamı bilsin, şou-biznes, şou-biznes.
Qalmaqal – təşviş açarı, oxuyan veriliş aparır,
Pis oxusa da əla çalır şou-biznes, şou-biznes.
[Bənd 3: Vahid Qədim]
Şou-biznes, bu işin çarəsi göydür,
Bunu döydür, onu söydür,
Ən əzəl rinqə gəlirlər, sonra reytinqə gəlirlər.
Eləbil cəngə gəlirlər, yorulub təngə gəlirlər.
Bu deyir, sən qocalıbsan, o deyir, dalda qalıbsan.
Birinin nömrəsi 1-dir, lap efirdir,
O-biri əjdaha, şirdir.
Güləşirlər, dirəşirlər,
Göyərib maviləşirlər.
Bu ya dəbdən, ya əsəbdən, ya qəzəbdən, nə səbəbdən?
Görünür, mavidir ekran.
Sənə qurban, bu gedişlə ,belə işlə gedəcəkdir haracan bəs şou-biznes?
[Bənd 4: Elşad Xose]
Efiri yoxdu, dirəndi,
Hamı görməkdən iyrəndi.
Bizimki gedən karvanddır, sizinki itdi, hürəndir!
Hələ ki, puldu qabaqda.
Oxudar toyda, ya bağda.
Dünəni qalıb sabahda, şou-biznes, şou-biznes.
Eləsi var narahatdı ki, həyat sanki paraddı.
Çoxunu o, dala atdı, şou-biznes, şou-biznes.
[Bənd 5: Vahid Qədim]
Çoxu bilmir nədir mahnı.
Nə bu gününü, nə sabahını.
Boğa bilmirsə tamahını,
Alınır hər şeyi kredit,
Danışır şit, geyinir çit, oxunur xit, buna bir fit.
Başa sal, çala-çala getsin, nə isə, bala-bala getsin.
Qabağa dala-dala getsin.
Yəni hər söhbəti, hər qeybəti
İnternetə girsin ki,
Şəkillərlə lüt-üryan görüb hər yan,
Verib elan.
Bu gözəl can bizi heyran edib əfsus, hələlik sus!
Nəyə lazımdı çəkək ad? Bitəcək dad.
Elə sözlə, iki ustad: Qədim, Elşad
Bir ağıl-zad qoya başına, bu fikirdən daşınaşna.
Qalıb özbaşına və sərbəst şou-biznes, şou-biznes
Qalıb özbaşına və sərbəst şou-biznes, şou-biznes
[Nəqarət: Elşad Xose & Vahid Qədim]
Şou-biznes, şou-biznes, bura pul gələn bulaqdı.
Şou-biznes, şou-biznes, taxılan sırqa, qulaqdı. (×2)
[Sonluq: Elşad Xose]
Şou-biznes
Şou-biznes
Şou Biznes was written by Elşad Xose & Vahid Qədim.
Şou Biznes was produced by MC Murad.
Elşad Xose released Şou Biznes on Mon Dec 15 2008.