Aradan illər keçir, amma sən pillə keç, təmiz ol qaralanma (qaralanma)
Nə də yaralanma (yaralanma)
Hər sətrim qadağandır, hər sətrim "qanqa" və "qara mamba"
Üz döndərib yaradan da... (üz döndərib yaradan da)
Ən acı günlərimin müsafiriydin
Məndən biri idin
Qara mərmərlərə yazdım adını, qara dəftərlərə də (qara dəftərlərə də)
Ölü yox, diri idin
Təki sən gəl deyə mən hər gün təngənəfəs
Mənim ürəyim son zəngində, yenə o şəhər boz rəngində
Əbədi adımı poz qəlbindən, hamıda ürək varsa məndə qəfəs
Yenə o dəniz sahillərindən, bu qədər yorğun illərimdən
Məndə ömür qalmadı, səndə həvəs...
Aradan illər keçir, amma sən pillə keç təmiz ol qaralanma (qaralanma)
Nə də yaralanma (yaralanma)
Qara qəlblər içində qəlbim ən qara, (ən qara)
Qapqara qaralanda
Şeyriyyatla bol qeyd xarabamda!
İnsanlar məni dəli, qəddar etdi, ya da həyat belə rəftar etdi (rəftar etdi)
Səhvlər etdim (səhvlər etdim)
Səni bu qədər dəyişkən qızıl, gümüş, bər-bəzəklər, paltar etdi
Səhvlər etdin (səhvlər etdin)
Boyadım qara rənglərə boz şəhəri, (boz şəhəri)
Hər tərəfi, (hər tərəfi)
Hər səhəri (hər səhəri)
Dayanaq intiharın bir addımında (bir addımında)
Güllə vurum beynimə, (beynimə)
Sən zəhər iç (acı olsa da birtəhər iç)
Aradan illər keçir, amma sən pillə keç təmiz ol, qaralanma (qaralanma)
Nə də yaralanma
Hər sətrim qadağandır, hər sətrim "qanqa" və "qara mamba"
Üz döndərib yaradan da (üz döndərib yaradan da)
Ən acı günlərimin müsafiriydin (gəl yenə qonaq)
Mənnən biri idin (yox səndən soraq)
Qara mərmərlərə yazdım adını, qara dəftərlərə də (qara dəftərlərə də)
Ölü yox diri idin
Təki sən gəl deyə mən hər gün təngənəfəs
Aradan illər keçir, hər adam dinləmir heç son mahnıları, ağrıları..
Aradan illər keçir, hər adam dinləmir heç son mahnıları, qorxuları...