[Bənd]
Yoxluğumu tapıb çıxarmağı gəl, əynimdən başla
Bütün bədənim ölə bilər mənim tək beynimdən başqa
Gəl danışım sənə insultdan, içkilərdən, nevrozumdan
Demə ki, əsl şairlər ölüb qaraciyər serrozundan
Şeytan çartlayan məqbərələr, dağılan sərdabələrdi
Sirli ahid sandığı uğrunda gəbərən sərkərdələrdi
Saxta övliyaların hədislərinin xurafatları, Cahillik, avamlıq, "Danabaş kəndinin əhvalatları"
Ya da ki, körpənin dünyaya necə gəldiyini bilməsidi
İfritələrin xəyanəti, fahişə qadının hiyləsidi Süni xrizantem və göz yaşına qucaq göstərər, Yumru dünyanı bəşər övladına üçbucaq göstərər
Arzuların rekviemi qələm, kağız, təknə, dəniz
Bozqurdun yaşamağının Turan olduğu tək nədəni
Şirin kaprizləri tuşlanıb qəlbimə silah kimi dilimdən düşmür möminin dilindən “Bismillah” kimi
Mənim sevgim qibləgah, Tac Mahal, Ayasofyadı
Mənim sevgim sevgidən də müqəddəsdir, paranoyadır
O qədər pak və safdı həsəd aparar iblislər İnsanları reallıqlar yaşadırsa, məni hislər Bəs onda kim gizlər nəmli gözləri pəncələrimdən?
Sən danış “bəlkə”lərindən, mən danışım “məncə”lərimdən
Həqiqətin bəlasından danış göstər xətasını, Şeytan gəldi hər kəs gözləyirdi “Xaç Atası“nı
Şeytan was written by Okaber.
Şeytan was produced by Namid Kərim.