Saniyələrin Səsi by PRoMete
Saniyələrin Səsi by PRoMete

Saniyələrin Səsi

PRoMete

The music player is only available for users with at least 1,000 points.

Download "Saniyələrin Səsi"

Saniyələrin Səsi by PRoMete

Release Date
Sun Jun 15 2025
Performed by
PRoMete

Saniyələrin Səsi Lyrics

[Bənd 1]
Yığ bütün fikirləri, sanki çıxacaqsan yola
Yükünün ağırlığı, maraqlıdır, nə qədər olar?
Nələr fırlanır başında, nə qədər toplamısan
Nələri daşıya bilərsən, nələr sonraya qalar?

Neçə baqajı doldurar nikbin fikirlərin?
Boğulmaq üçünmü yaşayırsan həyatı dərin?
Tutalım, bir gündüzü tapdın düzü, güldü üzün
Sən bu həyatın əsəri, bəs hanı sənin əsərin?

Görünür bədbin fikirlər, göstərir ağır çəki
Hamıda var onlar, ucalmasın səsi təki
Yola köklə fikrini, yorulmağın vaxtı deyil
Qarşıda görüləsi işlərin çoxdur hələ ki

Yaş döyür qapını saniyələrin səsiylə
Oynayır yaşamaq qapısının cəftəsiylə
Gözlərin əla görür lazım olmayan hər şeyi
Köklən, naxış qoymalısan hər nəfəs ilməsiylə

[Nəqərat]
Bu illər, bu illər, bu illər
Bu illər, bu illər, bu illər

[Bənd 2]
Danışmışam bura kimi həmişə məndəki sənlə
Yazım ayıq başla olub, yox aram duman-çənlə
Dinləyən sayı uduzdu dinləyən diqqətinə
Meteni dinləyirsən, demək, dostsan sən də mənlə

Özünü sevməyənin yad sevgisi yalandırmı?
Sənin də mənim kimi fikir evin talandırmı?
Bu yerlər sənət sevən, öldürərək dəyər verən
Biz gedənik, işlərimiz bizdən çox qalandırmı?

Yaşamaq asandır tək olanda özün üçün
Qurban da vermək olar bir-iki şeyi sözün üçün
Bəs necədir yaşamaq ətraf üçün, dostlar üçün?
Ailən üçün, dəyər üçün göstərərmi özün gücün?

Olmazlarla böyüdük, qızıl orta ustasıyıq
Özümüzçün etdiyimiz hər şeydə də başqasıyıq
Günümüzə dəyər vermək çabasında olanlarıq
Dünən seçmədən uşaq, sabah isə baş daşıyıq

[Nəqərat]
Bu illər, bu illər, bu illər
Bu illər, bu illər, bu illər
Bu illər, bu illər

[Çıxış]
Bu illər gedirlər

Saniyələrin Səsi Q&A

Who wrote Saniyələrin Səsi's ?

Saniyələrin Səsi was written by PRoMete.

When did PRoMete release Saniyələrin Səsi?

PRoMete released Saniyələrin Səsi on Sun Jun 15 2025.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com