[Bənd 1]
Gəlib and içmişik xidmət etməyə
Vətən sərhədləri ürəyim, canım
Uğrunda özünü qurban etməyə
Yaşasın əbədi Azərbaycanım
[Keçid]
Bölünməz, toxunmaz sərhədimiz var
Dərələr bizimdir, dağlar bizimdir
Qüdrətli, şərəfli vəzifəmiz var
Dənizlər bizimdir, çaylar bizimdir
[Nəqərat]
Sərhədçilərik, igid ərlərik
Vətən səddinə polad çəpərik
Sərhədçilərik, mərd əsgərlərik
Vətən uğrunda candan keçərik
[Bənd 2]
Dənizdə, meşədə, səmada, dağda
Gecə də, gündüz də oyaqdır, oyaq
Yaşıl papaqlılar ön sıralarda
Millətə, dövlətə dayaqdır, dayaq
[Keçid]
Bölünməz, toxunmaz sərhədimiz var
Dərələr bizimdir, dağlar bizimdir
Qüdrətli, şərəfli vəzifəmiz var
Dənizlər bizimdir, çaylar bizimdir
[Nəqərat]
Sərhədçilərik, igid ərlərik
Vətən səddinə polad çəpərik
Sərhədçilərik, mərd əsgərlərik
Vətən uğrunda candan keçərik
Sərhədçilərik, igid ərlərik
Vətən səddinə polad çəpərik
Sərhədçilərik, mərd əsgərlərik
Vətən uğrunda candan keçərik
Sərhədçi Marşı was written by Hikmət Mirməmmədli & Abdulla Qurbani.
Elnar-xlilova released Sərhədçi Marşı on Thu Aug 18 2022.