[Giriş]
Sənsiz
Sənsiz
Bəlkə zənglərinə cavab verməyim?
Bəlkə danışanda acı söz deyim?
Qəlb səsim ağlımla bir yola gəlmir
Bəlkə də, mən səni yenidən sevim?
[Bənd 1]
Səni unutmaq üçün hər gün, hər gecə
Yalvarıb Tanrıdan mən güc istədim
Günahsız qəlbimə zülm edə-edə
Səni həyatımdan silmək istədim
Düşündüm, asandır “ayrılaq” demək
Arxama baxmadan çəkib gedim
Üz-üzə gələndə çırpındı ürək
Yaşardı gözlərim, tutuldu dilim
[Nəqərat]
İnan ki, faydası yox heç nəyin
Sənin sevgin ilə mən yaşayıram
Sən məndən günbəgün uzaqlaşdıqca
Mən sənə anbaan yaxınlaşıram
Sən məndən günbəgün uzaqlaşdıqca
Mən sənə anbaan yaxınlaşıram
[Keçid]
Həm sənə yaxınam, həm sənə uzaq
İstəyirəm, uzaqlaşım, alınmır ancaq (sənsiz)
Yaxına gəlirəm, yanır ürəyim
Əlacımız budur yalnız: ayrılmaq
[Bənd 2]
Səni unutmaq üçün hər gün, hər gecə
Yalvarıb Tanrıdan mən güc istədim
Günahsız qəlbimə zülm edə-edə
Səni həyatımdan silmək istədim
Düşündüm, asandır “ayrılaq” demək
Arxama baxmadan çəkib gedim
Üz-üzə gələndə çırpındı ürək
Yaşardı gözlərim, tutuldu dilim
[Nəqərat]
İnan ki, faydası yox heç nəyin
Sənin sevgin ilə mən yaşayıram
Sən məndən günbəgün uzaqlaşdıqca
Mən sənə anbaan yaxınlaşıram
Sən məndən günbəgün uzaqlaşdıqca
Mən sənə anbaan yaxınlaşıram
İnan ki, faydası yox heç nəyin
Sənin sevgin ilə mən yaşayıram
Sən məndən günbəgün uzaqlaşdıqca
Mən sənə anbaan yaxınlaşıram
Sən məndən günbəgün uzaqlaşdıqca
Mən sənə anbaan yaxınlaşıram
Sənsiz was written by Elnur Məmmədov & Vüsal Əlizadə.
Elnur Məmmədov released Sənsiz on Mon Sep 04 2023.