[Bənd 1]
Sən gedən gündən
Həyat mənə haram oldu
Zaman durdu
Dilim ağzımda qurudu
Sonum oldu
Bu sevgi məni nə hala saldı?!
Olan oldu
Yenə qəm çəkmək mənə qaldı
[Keçid]
Susaraq yoxluğunda əzab çəkirəm
Yatağım bomboşdur, hər gecə içirəm
Susaraq yoxluğunda əzab çəkirəm
Yatağım bomboşdur, hər gecə içirəm
[Nəqərat]
Elə zənn etmə ki, rahat yaşayıram sənsiz
Üzüm gülür, içim qan ağlayıram mən sənsiz
Elə zənn etmə ki, yerin dolubdur qəlbimdə
O yerin boş qalıb, viran olub, inan, sənsiz

[Bənd 2]
Mən sevən gündən
Həyat mənə haram oldu
Zaman durdu
Dilim ağzımda qurudu
Yarım oldun
Getdin, məni yarım qoydun
Canım oldun
Yenə canımdan ayrı qaldın
[Keçid]
Susaraq yoxluğunda əzab çəkirəm
Yatağım bomboşdur, hər gecə içirəm
Susaraq yoxluğunda əzab çəkirəm
Yatağım bomboşdur, hər gecə içirəm
[Nəqərat]
Elə zənn etmə ki, rahat yaşayıram sənsiz
Üzüm gülür, içim qan ağlayıram mən sənsiz
Elə zənn etmə ki, yerin dolubdur qəlbimdə
O yerin boş qalıb, viran olub, inan, sənsiz
Elə zənn etmə ki, rahat yaşayıram sənsiz
Üzüm gülür, içim qan ağlayıram mən sənsiz
Elə zənn etmə ki, yerin dolubdur qəlbimdə
O yerin boş qalıb, viran olub, inan, sənsiz
Elə zənn etmə ki, rahat yaşayıram sənsiz
Üzüm gülür, içim qan ağlayıram mən sənsiz
Elə zənn etmə ki, yerin dolubdur qəlbimdə
O yerin boş qalıb, viran olub, inan, sənsiz
Elə zənn etmə ki, rahat yaşayıram sənsiz
Üzüm gülür, içim qan ağlayıram mən sənsiz
Elə zənn etmə ki, yerin dolubdur qəlbimdə
O yerin boş qalıb, viran olub, inan, sənsiz
Sənsiz was written by Ahmed Mustafayev.
Ahmed Mustafayev released Sənsiz on Thu Sep 09 2021.