[Bənd 1]
Yadındamı o günlər
Səninlə gəzərdik qoşa?
Əl-ələ tutardıq
Ümidlər dəyməsin daşa
Bağçamızda gül dərib
O günləri vurduq başa
Seyr edək çəmənləri
Görək sevişənləri
Gəl, gəzək gülşənləri, yar
[Nəqərat]
Mən sevirəm
Səni, sevgilim
Mən sevirəm
Ay gözəlim
Mən sevirəm
Səni, sevgilim
Mən sevirəm
Ay gözəlim
[Bənd 2]
Qəlbimdəki xatirələr
Gəlib sənə çatınca
İstərəm, hüsnü-camalına
Baxam doyunca
Tez birləşib, sevib
Əzizləyim ömrüm boyunca
Birgə gəzib-dolaşaq
Küsmək olsa, barışaq
Birgə gülüb-danışaq, yar
[Nəqərat]
Mən sevirəm
Səni, sevgilim
Mən sevirəm
Ay gözəlim
Mən sevirəm
Səni, sevgilim
Mən sevirəm
Ay gözəlim
Səni Əzizlərəm (Live) was written by Eldar Mansurov & Sabir Cümşüd.
Eldar Mansurov released Səni Əzizlərəm (Live) on Tue Jul 06 2021.