[Bənd 1]
Dəli ruzigar kimi əsdi ayrılıq
Sevda yollarını kəsdi ayrılıq
Dərdimi qəlbimdə ovutmadım ki
Bil, səni unutmadım, unutmadım ki
Səni unutmadım, unutmadım ki
[Nəqərat]
Bağrı sitəm tutmuş ürəklər kimi
Ayrılıq oxuyan çiçəklər kimi
Saçını oxşayan küləklər kimi
Səni unutmadım, unutmadım ki
Səni unutmadım, unutmadım ki
[Bənd 2]
İllər ümidimi qırdı, unutdum
Yollar gözlərimi yordu, unutdum
Sevinci unutdum, dərdi unutdum
Səni unutmadım, unutmadım ki
Səni unutmadım, unutmadım ki
[Nəqərat]
Bağrı sitəm tutmuş ürəklər kimi
Ayrılıq oxuyan çiçəklər kimi
Saçını oxşayan küləklər kimi
Səni unutmadım, unutmadım ki
Səni unutmadım, unutmadım ki
Səni Unutmadım was written by Hatəm Nəbioğlu & Elçin Mirzəbəyli.
Hatəm Nəbioğlu released Səni Unutmadım on Wed Apr 14 2021.