Səni Tapmadım by Hatəm Nəbioğlu (Ft. Nadir Məmmədov & Nurlan Hatəmoğlu)
Səni Tapmadım by Hatəm Nəbioğlu (Ft. Nadir Məmmədov & Nurlan Hatəmoğlu)

Səni Tapmadım

Hatəm Nəbioğlu & Nurlan Hatəmoğlu & Nadir Məmmədov

The music player is only available for users with at least 1,000 points.

Download "Səni Tapmadım"

Səni Tapmadım by Hatəm Nəbioğlu (Ft. Nadir Məmmədov & Nurlan Hatəmoğlu)

Release Date
Wed Apr 14 2021
Performed by
Hatəm NəbioğluNurlan Hatəmoğlu & Nadir Məmmədov

Səni Tapmadım Lyrics

[Bənd 1]
Bu şəhərin küçələri
Həm gündüzü, gecələri
Dolaşır ayaqlarıma
Səni tapmıram

O illərdən xatirələr
Bir də sənsiz bu boş şəhər
Üzür məni qüssə-kədər
Səni tapmıram

[Keçid]
Səni tanıyan, səni bilən
Hər kəsdən çəkinirəm
Soruşa bilmirəm səni mən
Haradasan, kiminləsən?

Bəlkə, sən yoxuymuşsan
Bir nağıl, yuxuymuşsan
Görünməyən ruhuymuşsan
Səni tapmıram

[Nəqərat]
Səni görmək təlaşında
Bu küçənin o başında
O metronun qarşısında
Səni tapmıram

Bəlkə, yoxsan bu şəhərdə
Sənsiz boğuldum qəhərdə
Hər gün açılan səhərdə
Səni tapmıram

[Bənd 2]
Dəftərimin tən ortasından qopartdım
İçi boş, dama-dama qoşa vərəqimi
Səni də qopartdım həyatımdan
Necə sevgi dolu, mənasız dəqiqələrimi
Saatlarımı, günlərimi, aylarımı, illərimi
Çevirirəm səhifələrimi, sona çatdı, bağlandı kitab
Elə bildim, yaram da belə tez bağlanacaq

Unudulacaq hər şey ölüm kimi
Düşündüm, göməcək qəlbim sevgimi
Hissimi, nitqimi boğdum içimdə
Qalmadı taqətim, gücüm də
Amma dayandım, çünki dayanmalıydım
O şirin yuxudan oyanmalıydım
Dözdüm bacardığım qədər
Ötən ömrümü sevgimə verdim hədər

[Keçid]
Səni tanıyan, səni bilən
Hər kəsdən çəkinirəm
Soruşa bilmirəm səni mən
Haradasan, kiminləsən?

Bəlkə, sən yoxuymuşsan
Bir nağıl, yuxuymuşsan
Görünməyən ruhuymuşsan
Səni tapmıram

[Nəqərat]
Səni görmək təlaşında
Bu küçənin o başında
O metronun qarşısında
Səni tapmıram

Bəlkə, yoxsan bu şəhərdə
Sənsiz boğuldum qəhərdə
Hər gün açılan səhərdə
Səni tapmıram

Səni görmək təlaşında
Bu küçənin o başında
O metronun qarşısında
Səni tapmıram

Bəlkə, yoxsan bu şəhərdə
Sənsiz boğuldum qəhərdə
Hər gün açılan səhərdə
Səni tapmıram

[Çıxış]
Bilirəm, bu şəhərdəsən
Amma səni tapa bilmirəm
Baxdığım, gördüyüm hər yerdəsən
Əlimi uzada bilmirəm

Bəlkə, sən yoxuymuşsan
Bir nağıl, yuxuymuşsan
Görünməyən ruhuymuşsan
Səni tapa bilmirəm
Səni tapa bilmirəm

Səni Tapmadım Q&A

Who wrote Səni Tapmadım's ?

Səni Tapmadım was written by Hatəm Nəbioğlu.

When did Hatəm Nəbioğlu release Səni Tapmadım?

Hatəm Nəbioğlu released Səni Tapmadım on Wed Apr 14 2021.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com