Səni Sevmək Üçün Gəldim Dünyaya by Lalə Məmmədova
Səni Sevmək Üçün Gəldim Dünyaya by Lalə Məmmədova

Səni Sevmək Üçün Gəldim Dünyaya

Lal-mmmdova

The music player is only available for users with at least 1,000 points.

Download "Səni Sevmək Üçün Gəldim Dünyaya"

Səni Sevmək Üçün Gəldim Dünyaya by Lalə Məmmədova

Release Date
Mon Nov 08 2021
Performed by
Lal-mmmdova

Səni Sevmək Üçün Gəldim Dünyaya Lyrics

[Bənd 1]
Çöldə çiçək oldum, çəməndə naxış
Şimşəkdə od oldum, buludda yağış
Sirli bir göz gördüm, nurlu bir baxış
Çevrildim çeşməyə, qarışdım çaya
Səni sevmək üçün gəldim dünyaya
Səni sevmək üçün gəldim dünyaya

[Keçid]
Leyli da, Əsli də, Şirin də mənəm
Məcnuna, Fərhada qanad da mənəm
Ölüm də, sevgi də, həyat da mənəm
Şükür yaradanın verdiyi paya
Səni sevmək üçün gəldim dünyaya

[Nəqərat]
Mən min il əvvəl də gələ bilərdim
Min ildən sonra da ölə bilərdim
Zamanı başqa cür hesablayardım
Vaxtı başqa cürə bölə bilərdim
Düşüb sən doğulan həftəyə, aya
Səni sevmək üçün gəldim dünyaya

Düşüb sən doğulan həftəyə, aya
Səni sevmək üçün gəldim dünyaya

[Bənd 2]
Səsini eşitdim, səsdən səs aldım
Şaqraq gülüşündən güc, həvəs aldım
Sən nəfəsim oldun, mən nəfəs aldım
Muştuluq verdilər günəşə, aya
Səni sevmək üçün gəldim dünyaya
Səni sevmək üçün gəldim dünyaya

[Keçid]
Leyli da, Əsli də, Şirin də mənəm
Məcnuna, Fərhada qanad da mənəm
Ölüm də, sevgi də, həyat da mənəm
Şükür yaradanın verdiyi paya
Səni sevmək üçün gəldim dünyaya

[Nəqərat]
Neçə dinsizləri dinə gətirdim
Qorudum, sünbülü dənə gətirdim
Könlümdə nə varsa, sənə gətirdim
Mənim yollarımı kəsə bilmədi
Nə sərhəd, nə dəmir, nə daş, nə qaya
Səni sevmək üçün gəldim dünyaya

Nə sərhəd, nə dəmir, nə daş, nə qaya
Səni sevmək üçün gəldim dünyaya

Mən min il əvvəl də gələ bilərdim
Min ildən sonra da ölə bilərdim
Zamanı başqa cür hesablayardım
Vaxtı başqa cürə bölə bilərdim
Düşüb sən doğulan həftəyə, aya
Səni sevmək üçün gəldim dünyaya

Düşüb sən doğulan həftəyə, aya
Səni sevmək üçün gəldim dünyaya
Səni sevmək üçün gəldim dünyaya
Səni sevmək üçün gəldim dünyaya

Səni Sevmək Üçün Gəldim Dünyaya Q&A

Who wrote Səni Sevmək Üçün Gəldim Dünyaya's ?

Səni Sevmək Üçün Gəldim Dünyaya was written by Zəlimxan Yaqub & Novruz Aslan.

When did Lal-mmmdova release Səni Sevmək Üçün Gəldim Dünyaya?

Lal-mmmdova released Səni Sevmək Üçün Gəldim Dünyaya on Mon Nov 08 2021.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com