[Bənd 1]
Sən mənim yazıma birinci yağış
Sən mənim qışıma sonuncu qardın
O, mənim qəlbimdə ünvan tapmamış
Pərişan bir eşqi hara apardın?
Sən getdin, təbiət bir səs itirdi
Bir sevgi dastanı qaldı yarımçıq
Bir ulduz əbədi buluda girdi
Bir çiçək göyərib soldu yarımçıq
[Nəqərat]
Son dəfə dinlədim ayaq səsini
Qəlbimdə bir tufan qopdu dərindən
Sən getdin, elə bil Yer kürəsini
Ayırdın bir anlıq öz mehvərindən
[Bənd 2]
Sən getdin, son həsrət eşqi gözündən
Qəlbimə axmadı, axmadı sözlə
Bəlkə oğurlayıb səni özümdən
Sənə qaytarırdım bu ayrılıqla?
[Nəqərat]
Son dəfə dinlədim ayaq səsini
Qəlbimdə bir tufan qopdu dərindən
Sən getdin, elə bil Yer kürəsini
Ayırdın bir anlıq öz mehvərindən
Son dəfə dinlədim ayaq səsini
Qəlbimdə bir tufan qopdu dərindən
Sən getdin, elə bil Yer kürəsini
Ayırdın bir anlıq öz mehvərindən
Sən Getdin was written by Məmməd Araz & Tünzalə.
Tünzalə released Sən Getdin on Mon Feb 10 2020.