[Bənd 1]
Yatın bu dağ sinəsində, şəhidlər
Sinəmizdə çarpaz dağa döndünüz
Qış gecəsi, zülmət ilə döyüşdə
Gur məşələ, şam, çırağa döndünüz
[Keçid]
Nə gördünüz məkrli yer üzündə
Kül oldunuz alovunda, közündə
Anaların, bacıların gözündə
Qan qarışıq bir bulağa döndünüz
Anaların, bacıların gözündə
Qan qarışıq bir bulağa döndünüz
[Nəqərat]
Ölməyəcək yaralanmış bu məslək
Məzarınız təpə-təpə al çiçək
Doğuldunuz bu torpağın eşqitək
Şəhid kimi bu torpağa döndünüz
Doğuldunuz bu torpağın eşqitək
Şəhid kimi bu torpağa döndünüz
[Keçid]
Qanımızda kükrəyəcək odunuz
Qızıl qanla qara ləkə yudunuz
Azadlığa dastan olmuş adınız
Bu kitabda min varağa döndünüz
[Bənd 2]
Qan içənə bildirərik həddini
Dağıdarıq mənəmliyin səddini
Qoy xalqımız düzəltsin öz qəddini
Yenilməyən bir bayrağa döndünüz
[Keçid]
Nə gördünüz məkrli yer üzündə
Kül oldunuz alovunda, közündə
Anaların, bacıların gözündə
Qan qarışıq bir bulağa döndünüz
Anaların, bacıların gözündə
Qan qarışıq bir bulağa döndünüz
[Nəqərat]
Ölməyəcək yaralanmış bu məslək
Məzarınız təpə-təpə al çiçək
Doğuldunuz bu torpağın eşqitək
Şəhid kimi bu torpağa döndünüz
Ölməyəcək yaralanmış bu məslək
Məzarınız təpə-təpə al çiçək
Doğuldunuz bu torpağın eşqitək
Şəhid kimi bu torpağa döndünüz
Doğuldunuz bu torpağın eşqitək
Şəhid kimi bu torpağa döndünüz
Şəhidlər was written by Hacı Nazim & Hüseyn Kürdoğlu.
Hacı Nazim released Şəhidlər on Fri Dec 04 2020.