Şəhidim (Azərbaycanca Nitq İlə) by Tünzalə
Şəhidim (Azərbaycanca Nitq İlə) by Tünzalə

Şəhidim (Azərbaycanca Nitq İlə)

Tünzalə * Track #7 On Anam Azərbaycan

Şəhidim (Azərbaycanca Nitq İlə) Lyrics

[Giriş: Nitq]
Anacan, bu, sənə son məktubumdur
Ağlama mənimçün heç zaman, ana
Əsgər anasısan, gözünə qurban
Başın dik dayansın, gözlərin məğrur
De ki, “Vətən sağ olsun”
Təki Vətən sağ olsun

Yadındamı, ana?
Deyərdin: “Ən böyük eşq Vətənindir”
Deyərdin: “Vətənin çağırsa, oğul, məni yox
Vətənin səsini dinlə”
Ölüm olsa belə, gözünü qırpma

Ana, bilmirəm, yadındamı?
Hər cəbhəyə zəng eləyəndə, hər telefon açanda
“Vətən” deyə çağırardı atam məni
Atam, bəlkə, heç bilmirdi ki
O, hər dəfə mənə “Vətən” deyəndə
Vətəni ruhumda hiss eləyirdim
Vətənin ruhunu hiss eləyirdim
Xocalı keçərdi içimdən mənim
Amma Xocalıdan keçə bilmirdim
Xoşbəxt gülüşləri keçmişində qalmış
Xaraba kəndlərə baxıb yanardım
Qarşımda əsir olmuş Vətən, arxamda dərdli ana
Qalardım yana-yana
Mən bu dərdi belə qoymaram, ana
Təki Vətən sağ olsun

[Bənd 1: Tünzalə]
Gözəl anam, sultan anam
Vətən doğan, vətən anam
Əməyinizi halal edin
Bu dərdi belə qoymaram

[Nəqərat]
Siz verdiyiniz öyüdlər üçün gedirəm
Yetim qalan söyüdlər üçün gedirəm
Ümidiniz qoy dikəlsin, dağ olsun
Təki vətən, təki vətən sağ olsun

Siz verdiyiniz öyüdlər üçün gedirəm
Yetim qalan söyüdlər üçün gedirəm
Ümidiniz qoy dikəlsin, dağ olsun
Təki vətən, təki vətən sağ olsun

[Keçid: Nitq]
Mən dərələrdən, təpələrdən keçəcəm
Bəlkə elə ilk addımımda öləcəm
Ancaq mənim ünvanımdır zirvələr
Qarabağım ‘’Qarabağ’’ deyir qolumda
Qarabağım qara bağdır, böyük bağdır
Nə dayanar qarabağlı ruhumda?
Qarabağlı yolunda nə tikanlı məftillər
Nə minalar, qurşunlar, nə ən gerçək qorxular
Saxlaya bilməz məni

Bəxtəvərəm, vətən üçün gedirəm
Bayraqların ən gözəli, o üçrəngli, o müqəddəs
Bayraq üçün gedirəm
Bəxtəvərəm, bu gün ümidlərinizi doğrultmaq üçün
Bu gün, bəlkə, yenidən doğulmaq üçün gedirəm
Bəxtəvərəm...

[Bənd 2: Tünzalə]
Halal olsun sənə, halal, şəhidim
Ellər səni alqışlayır, şəhidim
Cənnətin qapıları səni gözlər, şəhidim
Sən ölməzsən, əbədisən, şəhidim
‘’Vətən’’ deyib torpağına qan atan, can atan
‘’Vətən’’ deyib torpağına şan atan ölmür heç vaxt, şəhidim
Vətəntək ömürləşir, ölmür heç vaxt, şəhidim
Sən demişdin, ağlamayaq, ağlayırıq sevincinə şərik olub
Bu göz yaşımız halalındır, sən ömrünü halal еtdin bu vətənə
Barı bizə göz yaşını irad tutma

[Nəqərat]
Halal olsun, dedi sənə
Bu vətənin torpağı
Milyonlarla insanın
Qarabağın, Xocalın

Sevinirik, qəhrəmanlıq ölməyib
Babaların ruhu bizdən dönməyib
Nə xoşbəxtsən, halal sənə, şəhidim
Sağ əlini başıma çək, şəhidim

Sevinirik, mübarizlik ölməyib
Babaların ruhu bizdən dönməyib
Nə xoşbəxtsən, halal sənə, şəhidim
Sağ əlini başıma çək, şəhidim

Ümidiniz qoy dikəlsin, dağ olsun
Təki vətən, təki vətən sağ olsun
Sağ əlini başıma çək, şəhidim
Sağ əlini başıma çək, şəhidim

Şəhidim (Azərbaycanca Nitq İlə) Q&A

Who wrote Şəhidim (Azərbaycanca Nitq İlə)'s ?

Şəhidim (Azərbaycanca Nitq İlə) was written by Qənirə Paşayeva & Tünzalə.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com