Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu
Tacir Şahmalıoğlu
[Bənd 1]
Bir oğul böyütdün üstündə əsə-əsə
Laylay dedin gecələr ömründən kəsə-kəsə
Vətən əsgər çağırdı, tale, qismət bu isə
Öpüb alnımdan dedi: ‘’Get, ay evimin qalası’’
[Keçid]
Məktubu aldım o gün sevinib gülə-gülə
Oxudum qara xəbəri onu sağ bilə-bilə
Öpərək rəsmlərin gözdə yaş gilə-gilə
Bildirmədən heç kəsə tutdu qəlbində yasın
Tutdu qəlbində yasın...
[Nəqərat]
Vətən yolunda şəhid olub onun balası
Mərd oğlun mərd anası, gəlir şəhid anası
Dikmə gözlərini yerə, ana, qaldır başını
Xalq qərənfillə bəzər onun məzar daşını
Onun məzar daşını...
[Bənd 2]
‘’Oğul, oğul’’ deyərək bu dərdə dözə-dözə
Bu xəyallar içində o gəzir üzə-üzə
Toyunda oynamadın sən onun süzə-süzə
Qəbri üstündə, aşıq, çal ayrılıq havasın
[Keçid]
Torpaq oğul istədi, sən verdin, ay ana
Ağlamazlar şəhidi, ağlama yana-yana
İndi Mübariz adı çevrilibdir dastana
Üçrəngli bayrağımız onun bəylik libası
Üçrəngli bayrağımız onun bəylik libası
[Nəqərat]
Vətən yolunda şəhid olub onun balası
Mərd oğlun mərd anası, gəlir şəhid anası
Dikmə gözlərini yerə, ana, qaldır başını
Qalx, qərənfillə bəzə onun məzar daşını
Onun məzar daşını...
[Çıxış]
Milli Qəhrəman deyir bütün el sənə
Bu ad fəxr gətirdi, ay oğul, mənə
Əsgərlər də and içib, söyləyib dönə-dönə
Biz İlhamla alarıq düşməndən qan qisasını
Biz İlhamla alarıq düşməndən qan qisasını
Şəhid Anası was written by Tacir Şahmalıoğlu.
Tacir Şahmalıoğlu released Şəhid Anası on Mon Feb 12 2024.