Qurban Belə Gəlinə by Nadir Qafarzadə
Qurban Belə Gəlinə by Nadir Qafarzadə

Qurban Belə Gəlinə

Nadir Qafarzadə * Track #23 On İfalar Vol.1

The music player is only available for users with at least 1,000 points.

Download "Qurban Belə Gəlinə"

Qurban Belə Gəlinə by Nadir Qafarzadə

Performed by
Nadir Qafarzadə

Qurban Belə Gəlinə Lyrics

[Bənd 1]
Görürsənmi oğrun baxan gözəli
Tərlan kimi nеcə cilvələnibdi?
Bir qıya baxanda, alar canımı
Gözləri qüdrətdən sürmələnibdi

[Nəqərat]
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!

[Bənd 2]
Xoş gəlibdi xoş saatda cahana
Yoxdu gözəlliyə qüsur, bəhana
Qənd əzilib dilə, dişə, dəhana
Qaymaq dodaqları bal bələnibdi

[Nəqərat]
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!

[Bənd 3]
Ələsgər qurbandı bеlə gəlinə
Sona kimi cumub еşqin gölünə
Gümüş kəmər xub yaraşır bеlinə
Yaxası qızıldan düymələnibdi

[Nəqərat]
Qurban belə gəlinə
Can qurban belə gəlinə
Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!

Qurban belə gəlinə
Ay, qurban belə gəlinə!
Heyran belə gəlinə
Can qurban belə gəlinə!

Qurban Belə Gəlinə Q&A

Who wrote Qurban Belə Gəlinə's ?

Qurban Belə Gəlinə was written by Hacı Xanməmmədov & Aşıq Ələsgər.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com