Qızım fəlsəfi layla janrında yazılmış mahnıdır. Burada QQ bütün xalqın qızlarına və gələcək nəsillərə müraciət edir. Atanın qızına ithafı kimi səslənən bu mahnının əsasında cəmiyyətin böyük problemləri işıqlandırılır. Keçmişin cahillikdən gələcəyin bayağılığa qaçan yeni nəsil sanki öz köklərini qurb...
Qızım, dilimin şəkəri, duzu
Ömrümün baharı, yazı
Ruhumun sözü, avazı, qızım
Ən gözəl alın yazım
Ən gözəl alın yazım
Ən gözəl alın yazım
Qızım, dilimin şəkəri, duzu
Ömrümün baharı, yazı
Ruhumun sözü, avazı, qızım
Ən gözəl alın yazım
Ən gözəl alın yazım
Ən gözəl alın yazım
Qızım
Səni qoruyum soyuq əllərdən
İsidim günəşi doğmayan günlərdən
Acı dillərdən, dəyərsiz ellərdən
“Xoş gəldin”i olmayan evlərdən
Səni qoruyum içimdə dinsizlikdən
Və dinlərdən
İzim qalacaq məndən sənsən, qızım
Mən silah sən sipərsən, qızım
Qaldırarsan çökərsə dizim
Anlayarsan bitərsə sözüm
Yalan olsam söylərsən düzün
Bir gün ölsəm bağlarsan gözüm
Sən gələcəyin atəşi — mən olacam kömürün, közün
Səni dəyişmərəm min bir dərdimə dərmana səni can bahasına
Səni mən istərəm həyat olsa da mənə zindan qan bahasına
Əlindən tutan barmaqlarım bir gün olsa sənə barmaqlıqlar
Səni qurtararam hətta özümdən özümə qarşı üsyan bahasına
Qızım dilimin şəkəri, tuzu
Ömrümün baharı, yazı
Mənim ruhumun avazı
Bu dünya səndən narazı
İblis yalanın atası
Pıçıldar: tənhalıq — azadlıq
Dəyişib sözlərin mənasın
Sözlərin anlamın, dəyişir İblis tamamın
Bilsək də sonunu əzbər yenə də izlərik dizinin davamın
Halalın, haramın qaldımı anlamı, ətrafa bax, qızım
Adını dəyişdik şəkərlə duzun, amma eyni dadı, tamı
Çağdaşlıq fəlsəfəsin parçalaram bir bardaşlıq
Dünyanı qardaşlıq sanıb özümüz-özümüzə yadlaşdıq
Gələcəklə ayaqlaşmaq üçün, keçmişi tapdaladıq, qızım
Qalmadı özümüzdə dəyərlərimiz, hər kəslə paylaşdıq
Çadradan qurtulduq, amma düşüncələrimiz darlaşdı
Dirçəldi dillərimiz, amma şəkilçilərimiz karlaşdı
Bu nə cür savaşdır? Bu nə cür qələbədir? Bu nə cür azadlıq?
Vətəni qoruyan ataya evində övladı yadlaşdı
Analar unutdu ana dilin, qul indi azad amma hara gedir?
Göyərçin yuvası geniş olsun deyə, lələyi gözəl olsun deyə öz balasını didir
Söylə bu tərəqqimi, söylə bu dözümlülük ya da nifrətdir?
Ən çox ev zorakılığı olan evin adı nədir? Adı ana bətni
Qızım, dilimin şəkəri, duzu
Ömrümün baharı, yazı
Ruhumun sözü, avazı, qızım
Ən gözəl alın yazım
Ən gözəl alın yazım
Ən gözəl alın yazım
Qızım, dilimin şəkəri, duzu
Ömrümün baharı, yazı
Ruhumun sözü, avazı, qızım
Ən gözəl alın yazım
Ən gözəl alın yazım
Ən gözəl alın yazım
Qızım, dilimin şəkəri, duzu
Qızım, dilimin şəkəri, duzu
Ömrümün baharı, yazı
Ruhumun sözü, avazı, qızım
Ən gözəl alın yazım
Ən gözəl alın yazım
Ən gözəl alın yazım
Qızım, dilimin şəkəri, duzu
Ömrümün baharı, yazı
Ruhumun sözü, avazı, qızım
Ən gözəl alın yazım
Ən gözəl alın yazım
Ən gözəl alın yazım
Qızım