[Bənd 1]
Gecələrə işıq idi qəlbim
Pəncərədə qonaq idim hər gün
Evimdə, sən ən dərində
Küləklə həyatıma əsdin
Xoşbəxtliyə çağıran bir səsdin
Səninlə eşq və qəmində
[Keçid]
Yadındamı görüşlərə qaça-qaça
Günəş olub səhərləri aça-aça
Bilirdim ki, sonu gələcək
[Nəqərat]
Səmalara uçardı
Arzuları puç artıq
Mənə tərəf uç artıq
Xəyalıma qayıt, gəl
Ağlayıb və gülərdik
Sevgimizi bölərdik
Eyni gündə ölərdik
Həyatıma qayıt, gəl
Qayıt, gəl...
[Bənd 2]
Dumanlıdır sabahları sənsiz
Dolanıram küçələri səssiz-səmirsiz
Qəmgin, həvəssiz
Bu sevgi bir nağıl idi, bitdi
Hər səhifəsi qırılan ümiddi
Sənlə biz qaldıq nəfəssiz
[Keçid]
Yadındamı görüşlərə qaça-qaça
Günəş olub səhərləri aça-aça
Bilirdim ki, sonu gələcək
[Nəqərat]
Səmalara uçardı
Arzuları puç artıq
Mənə tərəf uç artıq
Xəyalıma qayıt, gəl
Ağlayıb və gülərdik
Sevgimizi bölərdik
Eyni gündə ölərdik
Həyatıma qayıt, gəl
Qayıt, gəl...
[Keçid]
Yadındamı görüşlərə qaça-qaça
Günəş olub səhərləri aça-aça
Bilirdim ki, sonu gələcək
[Nəqərat]
Səmalara uçardı
Arzuları puç artıq
Mənə tərəf uç artıq
Xəyalıma qayıt, gəl
Ağlayıb və gülərdik
Sevgimizi bölərdik
Eyni gündə ölərdik
Həyatıma qayıt, gəl
Səmalara uçardı
Arzuları puç artıq
Mənə tərəf uç artıq
Xəyalıma qayıt, gəl
Ağlayıb və gülərdik
Sevgimizi bölərdik
Eyni gündə ölərdik
Həyatıma qayıt, gəl
Qayıt, gəl...
Qayıt, gəl...
[Çıxış]
Qayıt, gəl...
Qayıt Gəl was written by Orkhan Zeynalli & Miri Yusif & Ceyhun Cabbaroğlu.
Miri Yusif released Qayıt Gəl on Tue Jun 12 2018.