[Giriş]
Sənsiz keçən 30 il saçımızı ağartdı
Ağır bir yükün altında qaldı kürəyimiz də
Gözlərimiz kor oldu göz yaşının duzundan
Lal quşlar yuvasını qurdu ürəyimizdə
Əzablıydı dünyanı qolsuz qucaqlamaq da
44 gecə dualar elədik səs-səmirsiz
Evindən-eşiyindən, əzizindən ayrılıb
Böyük səfər dalınca getdi igidlərimiz...
[Bənd 1]
Torpaq – oğul ətirli, vətən – ana nəfəsli
30 ilin qürubu dönüb olub dan yeri
Zamanın qanatdığı milli yaddaşımızdan
Silib təmizləmişik xəyanətkar izləri
[Nəqərat]
Sən, ey qəhrəman Şuşam
Nəfəsindən öpürəm
30 ilin yükündən
Azad olur bu kürək
Bu gecə nəğmə deyir
Qayıdışın eşqinə
Və torpaq cavab verir
Qayıdışın mübarək...
Şuşam...
[Bənd 2]
Dünyamız əvvəlkitək fırlanır gecə-gündüz
Var olsun bu uşaqlar, bu atalar, analar
Varsa xilaf çıxmayan öz andına, əhdinə
Demək, həqiqi insan yer üzündə hələ var
[Keçid]
İndi daha gözəldir göy üzündə mələklər
Qardaşlarım yol alıb Tanrının hüzuruna
Bu rəşadət işığı əsrlərlə çəkilməz
Ölkəmin, şəhərimin üzərindən heç yana
[Nəqərat]
Sən, ey qəhrəman Şuşam
Nəfəsindən öpürəm
30 ilin yükündən
Azad olur bu kürək
Bu gecə nəğmə deyir
Qayıdışın eşqinə
Və torpaq cavab verir
Qayıdışın mübarək...
Şuşam...
[Çıxış]
Şuşam...
Qayıdışın Mübarək was written by Xanım İsmayılqızı.
Xanım İsmayılqızı released Qayıdışın Mübarək on Tue Oct 24 2023.