[Nəqərat]
Başımın üstünü qara buludlar aldı
Göylərə ucalmaq yenə özgəyə qaldı
Gördüm yağış yağır, dolur damsız sinəmə
Dedim, dur yığış, gedirsən cəhənnəmə
[Bənd 1]
Mənim sözlərimdə bəlkə də, yoxdur dərin fəlsəfə
Amma yazdığım nəfəsdən də yaxındı, hər kəsə
Yaxın olmaq bacarığım üstündü döyüşməkdən
Mən bezmirəm yaşadığımı bölüşməkdən
Zəif yerlərimi, yaralarımı gizlətmirəm
Nə də ki, mahnılarda yaşamağı öyrətmirəm
Ürəyimi açıram, qəlbimi açmaq üçün qanad
Dinləyici gözlərində axtarır ikinci kainat
Cansız sətirlərdən uzaq tutur əlin qələmi
Dilim kəlməni, eşqim öz köləni
Ağıllılardan yaxındı çox doğma dəlilərin
Mən qəlbləri titrədəndə əsir öz əllərim
Xəyanətim, nifrət, xoşbəxt anlarım
Misraların arasında var səhvlərim, nöqsanlarım
Gözümdən axan, vərəqə köçürülən hər damcısı
Həyatdan götürülmüş hadisələrdir hamısı
[Nəqərat]
Başımın üstünü qara buludlar aldı
Göylərə ucalmaq yenə özgəyə qaldı
Gördüm yağış yağır, dolur damsız sinəmə
Dedim, dur yığış, gedirsən cəhənnəmə
[Bənd 2]
Rep qır-saqqız kimi əl çəkmir məndən həyat boyu
İstər iş olsun, istər yaxın yoldaşın toyu
Pis-yaxşı yaşadığım ömrün hər dövrü
Sənətimdə də həmişə öz izini qoyur
Yadıma düşür doxsanların əvvəli
Dostluğun təməli – hər şey üzə deməli
Kimlə gülmək, kimlə ölümə getmək örnək
Çörək bölmək, bölmə görmək
İki nəfərə bir köynək geyinilərdi toya
Dostla söhbət sığmazdı bir çaynik çaya
İtirdiyim qismət olsun tapana indi
Mən sevinirəm indi yeyilmiş dabana indi
Və gözləmirəm çiynimə qonsun şadlıq quşu
Bəlkə də, bu içimdə uşaqlıq coşur
Uşağım soruşur, bəs gördün hansı?
Həyatdan götürülmüş hadisələrdi hamısı
[Nəqərat]
Başımın üstünü qara buludlar aldı
Göylərə ucalmaq yenə özgəyə qaldı
Gördüm yağış yağır, dolur damsız sinəmə
Dedim, dur yığış, gedirsən cəhənnəmə
Başımın üstünü qara buludlar aldı
Göylərə ucalmaq yenə özgəyə qaldı
Gördüm yağış yağır, dolur damsız sinəmə
Dedim, dur yığış, gedirsən cəhənnəmə
Qara Buludlar was written by L-Mir & Fərid İsmayılov.
L-Mir released Qara Buludlar on Wed Feb 05 2014.