Qafqaz Havası by Neocortex (AZE)
Qafqaz Havası by Neocortex (AZE)

Qafqaz Havası

Neocortex (AZE)

The music player is only available for users with at least 1,000 points.

Download "Qafqaz Havası"

Qafqaz Havası by Neocortex (AZE)

Release Date
Fri Aug 09 2024
Performed by
Neocortex (AZE)
Produced by
Neocortex (AZE)

Qafqaz Havası Lyrics

["Qafqaz Havası" üçün mahnı sözləri]

[Giriş]
Savaş bitdi, gülümsəyir kölgədə şeytan
Buludlar çəkildi, xalqa lazım deyil qan
Gəldi məktub, ailə duyur kəskin həyəcan
Rəqs elə, "qaqa"m, fəşanlıq eləməli davam
Böyük oğul qayıtdı, amma bir söz demədi
Anası bişirmişdi, amma oğul yemədi
Adını çağırmışdı, amma cavab gəlmədi
Mən gedirəm, anam, fəşanlıq eləməli davam

[Nəqərat]
Gəl oynayaq
Gəl oynayaq
Yıxılmaz bizim adam, fəşanlıq eləməli davam
Gəl oynayaq

[Keçid]
Ocaq közdən düşər
Dodaq sözdən düşər
Varlılıq heçə dönüb
Həyat gözdən düşər
Gözəllər olmasa idi
Molla Qafar da bu gecə kefdədir

[1-ci bənd]
Savaş bitdi, gəlməlidir artıq intizam
Onlar itirdi, biz itirdik kalan adam
Alqış axtaranlar anqırarsa intiqam
Özünə gəl "qaqa"m, fəşanlıq eləməli davam
Kiçik oğul qaldı, tapdı gözəl yarını
Yarın sağaldar ümidvaram o yaranı
Aşıq şirin dillə qızışdır bir aranı
Bu gün axı bayram, fəşanlıq eləməli davam

[Nəqərat]
Gəl oynayaq
Gəl oynayaq
Gəl oynayaq
Yıxılmaz bizim adam, fəşanlıq eləməli davam
Gəl oynayaq

[Keçid]
Ocaq közdən düşər
Dodaq sözdən düşər
Varlılıq heçə dönüb
Həyat gözdən düşər
Gözəllər olmasa idi
Molla Qafar da bu gecə kefdədir

[2-ci bənd]
Ölüləri dirilər, anlamaz
Mən də anlamıram heç
Diriliyində birini seç və
Yolunu onunla bir keç və
Sevin, sevin nə qədər varsınız
Sevin, bəxtiyarsınız
Yarımçıq deyilsiniz
Amma bir-birinizə yarsınız
Gecəni sevin, sübh diləyin
Mübariz olun, sülh diləyin
Deyin, gülün, şükr eləyin
Savaşa çağırış eləməyin, amma hazır olun
Parlayın, amma fağır olun
Həyat edir davam, gəl oynayaq

[Nəqərat]
Gəl oynayaq
Yıxılmaz bizim adam, fəşanlıq eləməli davam
Gəl oynayaq
Gəl oynayaq
Yıxılmaz bizim adam, fəşanlıq eləməli davam
Gəl oynayaq

Qafqaz Havası Q&A

Who wrote Qafqaz Havası's ?

Qafqaz Havası was written by Neocortex (AZE).

Who produced Qafqaz Havası's ?

Qafqaz Havası was produced by Neocortex (AZE).

When did Neocortex (AZE) release Qafqaz Havası?

Neocortex (AZE) released Qafqaz Havası on Fri Aug 09 2024.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com