Qəfil Gediş by Abbas Bağırov
Qəfil Gediş by Abbas Bağırov

Qəfil Gediş

Abbas Bağırov * Track #10 On İkimiz

The music player is only available for users with at least 1,000 points.

Qəfil Gediş Lyrics

[Bənd 1]
Sən ümid çırağı olmuşdun mənə
Ayrıldıq, bu gündən söndü çırağım
Qayıtmaq eşqinə düşmüsən yenə
Daha xəzan olub məhəbbət bağı

İtib aramızda, inam, etibar
Qayıdıb gəlməyin nə mənası var?
Özün də çox gözəl bilirsən bunu
Yalançı aşiqin bərk cəzası var

[Nəqərat]
Qəfil gedişinlə yazı qış etdin
Yağdırdın başıma yağış, qar, dolu
Nə fəryad, nə haray, nə ah eşitdin
Bağladı qarşımı həsrətin yolu

Qəfil gedişinlə yazı qış etdin
Yağdırdın başıma yağış, qar, dolu
Nə fəryad, nə haray, nə ah eşitdin
Bağladı qarşımı həsrətin yolu

[Bənd 2]
Qul oldum eşqinə, budurmu qismət?
Budurmu gözündə yaş olan istək?
Sənə yar deməyə dilim dönməyir
Qayıtma, get, düşün, öz cəzanı çək

Həsrətin çəkməyə alışdı gözüm
Nə səndə insaf var, nə məndə dözüm
Artıq qayıtsan da gecdir, əzizim
Qəlbimin yarasın bağlaram özüm

[Nəqərat]
Qəfil gedişinlə yazı qış etdin
Yağdırdın başıma yağış, qar, dolu
Nə fəryad, nə haray, nə ah eşitdin
Bağladı qarşımı həsrətin yolu

Qəfil gedişinlə yazı qış etdin
Yağdırdın başıma yağış, qar, dolu
Nə fəryad, nə haray, nə ah eşitdin
Bağladı qarşımı həsrətin yolu

Nə fəryad, nə haray, nə ah eşitdin
Bağladı qarşımı həsrətin yolu

Qəfil Gediş Q&A

Who wrote Qəfil Gediş's ?

Qəfil Gediş was written by Nailə Mirməmmədli.

When did Abbas Bağırov release Qəfil Gediş?

Abbas Bağırov released Qəfil Gediş on Sat Aug 29 2015.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com