Qədim Gəncə by Gülyanaq Məmmədova
Qədim Gəncə by Gülyanaq Məmmədova

Qədim Gəncə

Gulyanaq-mmmdova

The music player is only available for users with at least 1,000 points.

Download "Qədim Gəncə"

Qədim Gəncə by Gülyanaq Məmmədova

Release Date
Tue Oct 05 2021
Performed by
Gulyanaq-mmmdova

Qədim Gəncə Lyrics

(Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm)
(Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm)

[Bənd 1]
Adınla bir doğulmusan
Tarix boyu var olmusan
Qaranlıqdan aydınlığa
Əsarətdən azadlığa

“Gəncəm” deyib cəngə girdi
Əfrasiyab ulu tarda
Yağılara sinə gərdi
Sənin uğrunda Cavad xan

Çinarların baş – başadır
Göy Gölün bir tamaşadır
Keçmişini, bu gününü
Kəpəz vüqarla yaşadır

Çinarların baş – başadır
Göy Gölün bir tamaşadır
Keçmişini, bu gününü
Kəpəz vüqarla yaşadır

[Nəqərat]
Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm
Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm

(Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm)
(Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm)

[Bənd 2]
Günəş saçdı dünyamıza
Nizami öz Xəmsəsi ilə
Aşiqlərin ürək sözü
Dilə gəldi Məhsəti ilə

“Gəncəm” deyib cəngə girdi
Əfrasiyab ulu tarda
Yağılara sinə gərdi
Sənin uğrunda Cavad xan

Ömür yolu, şərəf yolu
Tariximin vüqarısan
Xalqımızın sevgi dolu
Bu günü, həm sabahısan

Doğma Gəncəm, gözəl diyar
Könüllərin baharısan
Dillərdədir Kəpəz, Qoşqar
Şan – şöhrəti, vüqarısan

[Nəqərat]
Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm
Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm

[Muğam]
Adınla bir doğulmusan
Tarix boyu var olmusan
Xalqımızın sevgi dolu
Bu günü, həm sabahısan
Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm

[Nəqərat]
Qədim Gəncəm, ulu Gəncəm
Dörd min il yol gələn Gəncəm

Qədim Gəncə Q&A

Who wrote Qədim Gəncə's ?

Qədim Gəncə was written by Mahir Tahiroğlu.

When did Gulyanaq-mmmdova release Qədim Gəncə?

Gulyanaq-mmmdova released Qədim Gəncə on Tue Oct 05 2021.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com