Popurri: Gülə-Gülə, İkisi Bir Boyda, Dişlərin by Murad Arif
Popurri: Gülə-Gülə, İkisi Bir Boyda, Dişlərin by Murad Arif

Popurri: Gülə-Gülə, İkisi Bir Boyda, Dişlərin

Murad Arif * Track #2 On Milli

Popurri: Gülə-Gülə, İkisi Bir Boyda, Dişlərin Lyrics

[Bənd 1]
Gülüşlərin cingildəsin saz kimi
Hər tərəfə yayılsın avaz kimi
Sən güləndə, könül gülür yaz kimi

Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al, canım
Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al, canım

[Bənd 2]
Yasəmənlər açıb, çiçəklənəndə
Bənövşələr küsüb, boynun əyəndə
Şeh düşübən, güllər də şehlənəndə

Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al, canım
Gülə-gülə, gülə-gülə, ay xanım
Gülə-gülə, gülə-gülə al, canım

[Bənd 3]
İkisi bir boyda gəzən gözəllər
Toyda, mağarda süzən gözəllər
İkisi bir boyda gəzən gözəllər
Toyda, mağarda süzən gözəllər

Hər sözə bir söz düzən gözəllər
Adı dillərdə gəzən gözəllər
Hər sözə bir söz düzən gözəllər
Adı dillərdə gəzən gözəllər

Eyvana çıxdım, gördüm, yar gəlir
Dağlar maralı o maral gəlir
Eyvana çıxdım, gördüm, yar gəlir
Dağlar maralı o maral gəlir

Başına örtüb xara şal gəlir
Yanağı üstə qara xal gəlir
Başına örtüb xara şal gəlir
Yanağı üstə qara xal gəlir

[Bənd 4]
Asıq gərək deyə sözün düz-düzə
Aşıqlar kimi duraq göz-gözə
Asıq gərək sözün deyə düz-düzə
Aşıqlar kimi duraq göz-gözə

Hörüklü saçlar tökülsün dizə
Hərdən bir üzlər dəysin üz-üzə
Hörüklü saçlar tökülsün dizə
Hərdən bir üzlər dəysin üz-üzə

Eyvana çıxdım, gördüm, yar gəlir
Dağlar maralı o maral gəlir
Eyvana çıxdım, gördüm, yar gəlir
Dağlar maralı o maral gəlir

Başına örtüb xara şal gəlir
Yanağı üstə qara xal gəlir
Başına örtüb xara şal gəlir
Yanağı üstə qara xal gəlir

Başına örtüb xara şal gəlir
Yanağı üstə qara xal gəlir
Başına örtüb xara şal gəlir
Yanağı üstə qara xal gəlir

[Bənd 5]
Dişlərin incidəndir
Dürdəndir, incidəndir
Dişlərin incidəndir
Dürdəndir, incidəndir

Özün əcəb gözəlsən
Dilin can incidəndir
Özün əcəb gözəlsən
Dilin can incidəndir

İncidəndir, incidəndir
Dilin can incidəndir
İncidəndir, incidəndir
Dilin can incidəndir

[Nəqərat]
Dilin, dilin, dilin can incidəndir
Sənin dilin yaman can incidəndir

[Bənd 6]
Eyvan güllü olaydı
Gül sünbüllü olaydı
Eyvan güllü olaydı
Gül sünbüllü olaydı

Kaş ki, sevdiyim gözəl
Şirin dilli olaydı
Kaş ki, sevdiyim gözəl
Şirin dilli olaydı

Şirin dilli, şirin dilli
Şirin dilli olaydı
Şirin dilli, şirin dilli
Şirin dilli olaydı

[Nəqərat]
Dilin, dilin, dilin can incidəndir
Sənin dilin yaman can incidəndir
Dilin, dilin, dilin can incidəndir
Sənin dilin yaman can incidəndir

Dilin, dilin, dilin can incidəndir
Sənin dilin yaman can incidəndir
Dilin, dilin, dilin can incidəndir
Sənin dilin yaman can incidəndir

Popurri: Gülə-Gülə, İkisi Bir Boyda, Dişlərin Q&A

Who wrote Popurri: Gülə-Gülə, İkisi Bir Boyda, Dişlərin's ?

Popurri: Gülə-Gülə, İkisi Bir Boyda, Dişlərin was written by Polad Bülbüloğlu & Aşıq Ələsgər & Xalq Mahnısı.

When did Murad Arif release Popurri: Gülə-Gülə, İkisi Bir Boyda, Dişlərin?

Murad Arif released Popurri: Gülə-Gülə, İkisi Bir Boyda, Dişlərin on Mon Mar 29 2021.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com