Piyan Sevgi by Puzzle (AZ)
Piyan Sevgi by Puzzle (AZ)

Piyan Sevgi

Puzzle (AZ)

Download "Piyan Sevgi"

Piyan Sevgi by Puzzle (AZ)

Release Date
Sun Mar 08 2020
Performed by
Puzzle (AZ)
Produced by
McB a.k.a Kray
Writed by
Puzzle (AZ)

Piyan Sevgi Lyrics

[Verse 1]
Qarşılıqlı tərs ədədlər, Birdə iki, İkidə bir
1'də kiri, 2'də kin
Bilmədin ki
Qarşılıqlı tərs ədədlər: ikidə bir, birdə iki
İkimizi birgə kimi bilmədin ki
Mən səninçün güclənmişəm, çünki sevgi ayıldır
Yalan deyil, gör nə qədər vaxt keçibdi
Mən səninçün söz dərmişəm, çünki dedin: ayıbdı
Yalan deyil, şəhvətindən vaz keçibdi
Yalandı hər verilən vəd sevgi üçün
Çünki, sevgi anı sevir, vergi verir vergi üçün
"Ye, a!" deyib gəldim, mən rapper'əm, mənim eqom var!
Amma sadəcə sakitcə dedin: не, а
Yarıda qaldı tema
Yarda qaldı hekayə
- Məsafə, əsarət, cəza və əsalət və sairə
- Təzad bəs?
- Yan mənimlə, toz ol tez!
- Pozan bəs?
- Yaz mənimlə, söz ol tez! Deyil bəs?
Sən mənim keçmişim, keçmişim doğmadı
Sən çalışıb, mənim Hərşeyim olmadın
Sən o qızsan ki, roman yarımçıq qalıb
Sən yox olsan, bil, Əli yarımçıq qalır...

[Bridge]
Baxışların çağırdı, mən gedirdim YOL'u tək
Baxışların cığırdı, niyə azmır YOLÇU bəs?
Baxışların çığırdı, mənə dedi: oyan, sevgi!
Baxışların çaxırdı, içib, oldum: Piyan sevgi

[Verse 2]
Kimə niyyət, kimə nisbətdi, kimə qismətdi
Sevgi - həyacan gözəlliyidi, mənfi müsbətdi
Əşi, müsibətdi o... amma var sonu
Verirsən suyunu bol, amma yenə yar solur
Çünki, ay sonu olanda maaş azlığıdı
Anlaya bilməməyinə səbəb isə yaş azlığıdı
Çünki, səbəb bitən yerdə bitir yaşıllıq
Mən, bizi istədim gör qaldıranda başını
(Hə? De!) Nə yazım e?
Artıq şablon olur bütün cümlələr
Mən yazığı azad etmək üçün vardı cümlələr
Amma son gəldiyimiz nöqtə vergül olmadı
Yarıda son verən eşqin torpağında gül, sol!
Günün son şeiri üçün mürəkkəbim qandı
Geri zəkana sadəliyin mürəkkəbini qandır
Ya da, yenə verib eşqi bada
Yataq, qovuşaq, tapaq birgə ada...

[Bridge]
Baxışların çağırdı, mən gedirdim YOL'u tək
Baxışların cığırdı, niyə azmır YOLÇU bəs?
Baxışların çığırdı, mənə dedi: oyan, sevgi!
Baxışların çaxırdı, içib, oldum: Piyan sevgi

[Verse 3]
Ağırlığımı hiss et, ağrılarımı duy
Şeirlərimi süz, iç, ağlımı çək, uy
Dediklərimi boş ver, əllərimi tut yenə
Mən səni başdan yaradım, bildiyini unut
Səninçün darıxmaq - hobbim, xəyal etmək - əyləncəmdi
Sən deyəndə ki, "mən təkəm", onda Əli cəmdi
(What?) Yenə ayrılıq nədi, başın xarabdı?
Daha ürək səni daşıya bilmir, maşın xarabdı
Bilirəm, sevirsən, amma tək qalanda xoşdu
Unutma, öz'ünü sevməyən ürək təklikdə coşmur
Deyir: "Tək arzum, səni xoşbəxt görməkdi. Amma... özümlə."
Bu, ilahi döngə'di!
Umuram mədədlər, necə şeytanlar mələkdən
Verirəm sevgi, diqqət, qarşılığında kələklər
Yəni, sözümün 2 canı var: 1'i mən, 1'i sən
Olublar: Qarşılıqlı tərs ədədlər...

Piyan Sevgi Q&A

Who wrote Piyan Sevgi's ?

Piyan Sevgi was written by Puzzle (AZ).

Who produced Piyan Sevgi's ?

Piyan Sevgi was produced by McB a.k.a Kray.

When did Puzzle (AZ) release Piyan Sevgi?

Puzzle (AZ) released Piyan Sevgi on Sun Mar 08 2020.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com