Intro:
Memuarın başlığı sevinc, sonu kədər
Başlıqsız sətirlər ölümdən betər
Verse 1:
Onun otağı bəzədilib antik əşyalarla
Bu əşyaları dəyişməzdi o dünyalarla
Divarda patent əsərlər hər dövürə dair
Da Vinçi, Mikelangelo, Pikasso və sair
Poetik şair kitabları düzülüb rəflərə
Necə ki, notlar səliqəylə düzülüb dəftərə
Bu ponarama, onun kiçik qalereyası
Burda səslənirdi pianoçunun hər ideyası
Otaqdakı pianinosu nostalji xatirə
Sanki səsləyir onu, yenə də şah əsər yarat
Həyatı aristokrat, özü pozitiv personaj
Me-motiv... otaqdakı peysaj
Pianinonun üstünə lampa, tavanda plafon major
Primula, balaca fon, köhnə qramafon
Qırağa düzülmüş ballar, stend tablolar
Rəsimlər... memoriallar
Beethoven, Lis, Чайковский, Mozart, Bizet
Jan Etyen Liotar'ın "Şokolad" paylayan qızı
Bu patent rəsmlər, Ron meliment anlar
Onun ömrünə rəng qatan, orden və medallar
Melodramik həyatı prestiji, prespektivi
Maestronun musiqi haqqında intuitivi
Məhşur pianoçunun əlindən neçə not süzülüb
Minlərlə əsər əlində can verib, ölüb
Sevimli pioninosu, klassik üslubda mebel
Stolun üstündə karandaş, vərəqlər, portfel
Çoxdan soyumuş qəlyan və bir qutu siqar
Və həyatını əks etdirən maraqlı memuar...
Keçid:
Memuarın başlığı sevinc, sonu kədər
Başlıqsız sətirlər ölümdən betər
2. Verse:
Onun otağında sanki görünür mimikası
Sanki hələ də eşidilir klassik lirikası
Həyatından epizodlar memuarında
İfalar və notlar repertuarında
Maestronun çəkdiyi həyat mənzərəsi
Göz qırpımı kimi örtülən həyat pəncərəsi
Musiqi təntənəsi, psixo notlar yayılır
Harmoniyanın ahəngindən bəşəriyyət ayılır
Qəlbləri fəth edən jest və musiqi
Pianinoya olan sonsuz dərəcə sevgi
Tamamlayıcı smokinq, aristokrat baxışlar
Hər ifanın sonunda zalı titrədən alqışlar
Tokkata "K Elize", 24-cü kapriz
Hər bir dinləyici ürəyində, dərin hiss
Və pianoçu ölməz sənətiylə yaşayır
Hər bir not bu ağırlığı daşıyır
Yox cinmi, ruhu do, re, mi , fa, sol, lya-da
O sevirdi, amma yox olub "İzolda"
Bütün həyatı sanki dövr eləyir otaqda
"Tristan İzolda" , son sözü yataqda
Outro:
Memuarın başlığı sevinc, sonu kədər
Başlıqsız sətirlər ölümdən betər
Yenə də səhnələr, pianoçu populyardı
Amma ona qalan bir otaq, bir də memuardı }2